Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Komitəsinin də İqtisadiyyat Nazirliyinə verilməsi gözlənilir... - İDDİA

Tarix: 13-04-2020 19:46     Baxış: 3143 A- / A+
Gömrük Komitəsinin də İqtisadiyyat Nazirliyinə verilməsi gözlənilir...

Hələ Vergilər Nazirliyi (VN) və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) İqtisadiyyat Nazirliyinə birləşdirilməmişdən öncə daha çox proqnozlaşdırılanı Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Nazirliyinin balansına daxil ediləcəyi idi. Lakin gözlənilənlər olmadı və VN ilə yanaşı ƏMDK İqtisadiyyat Nazirliyinə tabe etdirildi, yeni nazir isə keçmiş VN şefi Mikayıl Cabbarov təyin olundu. Amma indi deyəsən, sözügedən istiqamətdə daha bir təmərküzləşməyə tədarük getməkdədir. Bu barədə hökumətdəki mötəbər mənbədən informasiya daxil olub.

Məlumatlı mənbə iddia edir ki, sön günlər DGK sədri Səfər Mehdiyevlə bağlı neqativlərin artması, eyni zamanda ciddi yeyinti faktları və habelə DGK-nın ayrı-ayrı rəhbər işçilərinin məhz Səfər Mehdiyevlə yaxın olmaları səbəbindən rəsmən qoçuluq etmələri hallarının intensivləşməsi nəhayətdə köhnədən planda olan məlum qərara yeni münasibəti formalaşdırıb. Mənbənin dia.az-a söylədikləri:

"Düşünülməsin ki, Səfər Mehdiyevin xalası oğlu ilə bağlı faktların yerli KİV-dəki rezonansı bu pandemiya təlaşı dövründə it-bata düşəcək. Belə deyil. Yaxın günlərdə reaksiyaları hər kəs görə bilər. Artıq ciddi müzakirələr aparılır. Ya Səfər Mehdiyev gedir, ya da DGK ümumiyyətlə, ləğv olunaraq İN-ə birləşdirilir".

Mənbə sözügedən məqamla bağlı yeni bilgilər də verib. Yaxın vaxtlarda daha geniş materialımızda həmin faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... siam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar