Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirus məhsulların qiymətini bahalaşdırdı: Əvvəl 40 manat, indi isə... — VİDEO

Tarix: 10-04-2020 20:25     Baxış: 4166 A- / A+
Koronavirus məhsulların qiymətini bahalaşdırdı: Əvvəl 40 manat, indi isə... — VİDEO


Koronavirus pandemiyasının ölkədə yayıldığı vaxtdan sonra meyvə və tərəvəzlərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Satıcılarsa, bu qiymət artımına bir neçə səbəb gətirirlər.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Satıcı: “Çox adam mal gətirə bilmir, bazarda kasadlıqdır. Ona görə də qiymətlərdə 15-20 qəpik fərq edib”.

Satıcı: “Kartof və ya soğan, koronavirus oldu, ya olmadı, ilin bu vaxtı qutarır və qıtlaşır. Bu artım isə mövsümidir”.

Satıcı: “Yollar bağlı olur, ən çox ona görə bahalıqdır, bir də Azərbaycana məhsul gəlmir. İndi Şəkinin pomidoru baha deyil, qıraqdan gələnlərdə ancaq bahalıq var. Kəndlilərin də məhsul gətirə bilməməsi qiymətə bir xeyli təsir edir”.

Səbəblər müxtəlif olsa da, bazarlarda qiymət artımı göz qabağındadır. Bu da əlbəttə ki, alıcıların cibinə təsir edir. Əhalinin ən çox tələbat duyduğu məhsullardan kartof və soğanın qiyməti kiloqramında 20-60 qəpik civarında bahalaşıb. Bu artım digər tərəvəz məhsullarında da müşahidə olunur.
Alıcı: “Hamısında var artım, məsələn gedirdik bir həftəlik bazarlıq edirdik çıxırdı 40 manat, indi ancaq 70 manat çıxır”.

Qiymətlərin belə qalxması alıcılarda məhsul qıtlığı yaranacağı fikirlərini formalaşdırır. Ancaq aidiyyatı qurum qeyd edir ki, kənd təsərrüfatı ilə bağlı hər hansı bir qıtlıq gözlənilmir. Əksinə ümumdaxili bazarda məhsul bolluğu daha çox olacaq.

Firdovsi Fikrətzadə - Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: “İstər, istəməz ixrac bazarlarına da müəyyən məhdudiyyət var. Məhsulların bazarlara çatdırılmasında heç bir məhdudiyyət yoxdur. Karantin rejimi olsa da, təmin olunur. Mərasim xidmətləridir, turizm sektorunun tələbatlarıdır, quşçuluq sektorunun məhsullarına tələb azalır. İstixanalarda yetişdirilən pamidor-xiyara tələbatda ciddi azalma var.

Məshul təchizatı stabil qaydada gedirsə, burda hər hansı qiymət artımından söhbət gedə bilməz. Mövsümi amilləri çıxmaq şərtilə, pamidor, xiyarın bu dövr üçün spesifik olmayan qiymətləri var. Kələmin qiyməti ötən mövsümlə müqaisədə çox aşağıdır. Kartof, soğanın da qiymətinin aşağı olmasını gözləyirik”.

Aidiyyatı qurum qiymət artımı yaradacaq bir səbəbin olmadığını söyləyir. Belə olan halda isə görünür, qiymət artımına səbəb süni amillərdir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar