Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tibb işçilərinin maaşlarının ödənilməsində problem olub? - TƏBİB aydınlıq gətirdi

Tarix: 10-04-2020 12:50     Baxış: 4131 A- / A+
Azərbaycanda tibb işçilərinin maaşlarının ödənilməsində problem olub? - TƏBİB aydınlıq gətirdi

Ölkə ərazisində koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin, restoran və kafelərin fəaliyyəti müvəqqəti dayandırılıb.

Paralel olaraq səhiyyə sistemi, eləcə də bir çox həyati əhəmiyyətli sahələr fəaliyyətinə gücləndirilimiş iş rejimində davam edir.

Tibb işçilərinin mart ayında aldıqları maaşlarından müəyyən məbləğdə kəsilmələr olduğuna dair sosial şəbəkədə məlumatlar yayılıb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, həmin məlumatlarda bu faktların əsasən, Sumqayıt Şəhər Təcili Yardım, şəhərin Səhiyyə Şöbəsi, eləcə də paytaxtda fəaliyyət göstərən Əbülfəz Qarayev adına 2 nömrəli Uşaq Kliniki Xəstəxanasında olduğu iddia edilib.

Mövcud vəziyyətlə bağlı ən çox risk qarşısında qalaraq, vətəndaşlara xidmət edən məhz tibb işçiləri olduğundan bu məlumatlar cəmiyyətdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı oxu.az “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanlayıb.

Birliyin Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva sorğuya cavab olaraq bildirib ki, mövzu ilə əlaqədar aparılan araşdırma artıq yekunlaşıb:

“TƏBİB rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb və dərhal araşdırma başladılıb. Məsələdə sözügedən tibb müəssisələri ilə danışıqlar aparılıb. Bütün rəsmi sənədlər yoxlanılıb. Rəsmi şəkildə heç bir tibb işçisinin maaşından tutulma faktı aşkar olunmayıb. Araşdırmanın yekun nəticəsi barədə də müvafiq orqanlara məlumat verilib”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar