Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dəmir yolu ilə yükdaşımalar əvvəlki qaydada davam edir

Tarix: 08-04-2020 20:48     Baxış: 4125 A- / A+
Dəmir yolu ilə yükdaşımalar əvvəlki qaydada davam edir

"Koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərə baxmayaraq Azəraycanın tərəfdaş olduğu ölkələrlə birgə səylər nəticəsində dəmir yolu ilə yükdaşımalar əvvəlki qaydada davam edir".

Manevr.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.

Onun sözlərinə görə, bu ilin ilk üç ayında 3 554 000 ton yük daşınıb, belə ki, ötən ilin ilk 3 ayı ilə müqayisədə yükdaşımada 13 min ton artım müşahidə edilib: "Azərbaycanla quru və dəniz sərhədinə malik bütün ölkələrlə əvvəlki qaydada yükdaşıma əməliyyatlarını yerinə yetirilir".

N.Bayramova əlavə edib ki, sərhəd-keçid məntəqələrində quraşdırılan müasir tipli dezinfeksiyaedici qurğular vasitəsilə bütün yük vaqonları dezinfeksiya edilir.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında dəmir yolları ilə 2,3 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 7,2% çoxdur. Orta hesabla sutkada 339 vaqon yüklənib, 342 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar