Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirus: Ümumbəşəri bəla, yoxsa Qarabağın azadlığı üçün fövqəlfürsət?

Tarix: 08-04-2020 05:30     Baxış: 3210 A- / A+
Koronavirus: Ümumbəşəri bəla, yoxsa Qarabağın azadlığı üçün fövqəlfürsət?

Azad İsazadə: “Əgər biz epidemiya dönəmində Ermənistanla müharibəyə başlasaq...”

Koronavirus xəstəliyinin bütün dünyada genişləndiyi bir zamanda Qarabağda hərbi əməliyyatlara başlamaqla bağlı səslənən çağırışlaırn da sayı artmaqdadır. Belə ki, bəzi şəxslər hesab edir ki, bütün dünyanın başının epidemiya ilə mübarizəyə qarışması Azərbaycan üçün bu məsələdə fürsət rolu oynaya bilər. Bundan başqa, onların fikrincə, indiki zamanda hərbi əməliyyatların bərpası Ermənistanı bir sıra havadarlarının, xüsusilə də Rusiyanın köməyindən məhrum edə bilər ki, bu da Azərbaycan az şey demək deyil.

Maraqlıdır, həqiqətən də mövcud situasiya Ermənistanla Qarabağ problemini təkbətək həll etmək baxımından fövqəlfürsət sayıla bilərmi?

Açıqlama verən hərbi ekspert Azad İsazadə indiki məqamda belə bir addım atmağın arzuedilməz nəticələrə səbəb ola biləəcyini vurğulayıb:

“Azərbaycan koronavirussuz da işğaldakı torpaqlarının azad edilməsi əməliyyatına başlaya bilər. Lakin bu şübhəsizdir ki, belə bir addım planlı şəkildə olmalıdır. Biz bu məsələni beynəlxalq mərkəzlərlə, güclərlə hansısa formada razılaşdırmalıyıq. Çünki bunsuz biz ciddi təzyiq və snaksiyalarla rastlaşa bilərik.

Hərbi baxımdan Azərbaycan istənilən vaxt əməliyyatlara başlaya, uğur əldə edə bilər. Əgər biz koronavirus epidemiyası fonunda əməliyatlara başlasaq, ermənilər hay-küy qaldıracaqlar. Deyəcklər ki, biz burada koronavirusa qarşı mübarizə aparırıq, amma Azərbaycan tərəfi hərbi əməliyyatlar keçirir. Hamıya bəllidir ki, ermənilər hay-küy salmaq məsələsində ustadırlar. Belə olarsa, Azərbayanın hansısa problemlərlə rastlaşması mümkündür.

Bundan başaq, hərb sistemi elə bir sistemdir ki, orada sosial izolyasıya tədbirlərinə tam əməl etmək mümkün deyil. Əgər müharibə olarsa, bu, koronavirusun hərbçilər arasında yayılma təhlükəsini meydana gətirə bilər. Ancaq qeyd etdiyim kimi, ən vacib amil yuxarıda qeyd etdiyim ilk iki amildir”. siam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar