Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Göyçay rayon Mərkəzi Xəstəxanası kolxoz bazarına döndərilib"- ŞİKAYƏT

Tarix: 07-04-2020 11:45     Baxış: 4246 A- / A+
"Göyçay rayon Mərkəzi Xəstəxanası kolxoz bazarına döndərilib"- ŞİKAYƏT

Manevr.az-ın elektron poçtuna Göyçay rayonu, H.Hacıyev küçəsi, ev 188-də yaşayan Rasim Əhəd oğlu Mustafayev tərəfindən şikayət məktubu daxil olub.
2-ci qrup əlil olan şikayətçinin məktubunda əziyyət çəkdiyi xəstəliyinə görə dövlət büdcəsi hesabına ona verilən dərman və tibbi pereparatların iki aydır Göyçay rayon Mərkəzi xəstəxanası tərəfindən mənimsənildiyini bildirir.
Sözügedən məktubu təqdim edirik:

"Mən 2014-cü il tarixdən bronxial astma xəstəliyinə görə 2-ci qrup əlil olmuşam. Buna görə hər ay dövlət büdcəsi hesabına dərmanla, tibbi pereparatlarla təmin olunurdum. Artıq iki aydır ki, Göyçay rayon Mərkəzi xəstəxanası dərmanlarımı vermir. Səbəbi isə həmin xəstəxananın baş həkimi Elçin Bilalov astma xəstələrinin dərmanlarını aptekdə satdırıb talançılıqla məşğul olmasıdır. Qeyd edim ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında pulsuz dərmanları Elza adlı həkim paylayır. Elza həkim Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovla qudadır. Bu korrupsiyaya qurşanmış qudalar Göyçayda yaşayan ağır xəstələrin dərmanlarını satdırıb cinayət əməlləri ilə məşğul olurlar. Erflyusal adlı dərmanın qiyməti 55 manatdır. Həmin dərman xəstələrə paylanması üçün hər ay Göyçay xəstəxanasına çoxlu sayda gəlir. Artıq 2 aydır heç bir xəstəyə həmin dərman verilmir apteklərdə satdırılır. Bu səbəbdən biz xəstələr ölümlə üz-üzə qalmışıq. Elçin Bilalov Göyçay rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən sonra xəstəxanada korrupsiya cinayətləri artıq rəsmiləşdirilib.
Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməllərinin araşdırılıb barəsində ciddi tədbirlər görülməsinə zərurət var. Regionda həmişə nümaunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov biabırçı vəziyyətə salmışdır. Kolxoz bazarına döndərilən Göyçay rayon mərkəzi xəstəxanasında ölüm halları da çoxalıb.
İmkansızlığa görə dərman ala bilmirəm bu səbəbdən səhhətim çox ağırlaşıb. Hazırda bütün dünya o cümlədən Azərbaycan Respublikasında koronavirus xəstəliyi ilə əlaqədar ciddi mübarizə aparılır xüsusi karantin rejimi tətbiq edilib. Elçin Bilalov bundan sui-istifadə edib korrupsiya cinayəti ilə məşğul olur. Xəstələrin dərmanlarını vermir apteklərdə satırıb talançılıqla məşğul olur.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb xahiş edirəm xəstələrin dərmanlarını satdırıb mənimsəyən Göyçay rayon Mərkəzi Xəstəxanasını korrupsiya yuvasına döndərmiş baş həkim Elçin Bilalovun və oun qudası Elza həkimin barəsidnə ciddi tədbir görəsiniz.

Əlaqə telefonu;(050) 454-46-14"

Manevr.az
"Göyçay rayon Mərkəzi Xəstəxanası kolxoz bazarına döndərilib"- ŞİKAYƏT

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar