Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

250 min işsizin siyahısı hazırdır: bəs, qeydə alınmayanlar?

Tarix: 06-04-2020 18:16     Baxış: 4259 A- / A+
250 min işsizin siyahısı hazırdır: bəs, qeydə alınmayanlar?

Məşğulluq Xidmətində qeydiyyatda olan 250 min vətəndaşımıza birdəfəlik yardımın ödənilməsi ilə bağlı tədbirlər planı hazırdır. Həmin vətəndaşlarımız aprel və may aylarında 190 manat yardım almaq imkanına sahib olacaqlar.

Manevr.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov “ATV Qərargah” verilişində deyib.

V.Bayramov artıq işsiz kimi qeydiyyatda olan insanların siyahısının hazır olduğunu bildirib:

“Məşğulluq Xidmətində qeydiyyatda olan vətəndaşlarımızın siyahısı tərtib edilib. Həmin siyahıya uyğun olaraq tədbirlər planı çərçivəsində ödənişlər ediləcək. Hazırda ödənişlərin hansı yolla olacağı ilə bağlı təkliflər müzakirə olunur. Ödənişlərin plastik kartlarla verilməsi nəzərdə tutulub".

V.Bayramov işsiz kimi qeydiyyatda olmayanların elektron qeydiyyatına başlanılacağını da bildirib:

"Bu vətəndaşlarımız da qeydiyyata alındıqdan sonra birdəfəlik ödənişdən yararlana biləcəklər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar