Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarlar açıqlanacaq“ - RƏSMİ

Tarix: 03-04-2020 22:52     Baxış: 5140 A- / A+
“Yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarlar açıqlanacaq“ - RƏSMİ

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov ölkədə yaranan hazırki vəziyyət və yaxın günlərdə hökümətin atacağı addımlarla bağlı danışıb.

Manevr.az xəbər verir ki, İbrahim Məmmədov yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarların açıqlanacağını bildirib.

Nazirlər Kabinetinin mətbuat katibi qeyd edib ki, bütün bunlar ciddi şəkildə hesablanmalıdır:

"Ən çox kreditlərlə bağlı gözləntilər var. Nəzərə alaq ki, ortada bankdır. Məsələn, bank sizdən depoziti alır və mənə kredit kimi verir. Məndən aldığı faizi sizə faiz dərəcəsi kimi ödəyir. Ona görə də bu zəncir elə qurulmalıdır ki, nə siz itirəsiz, nə mən, nə də bank. Çünki burada kimsə itirəndə hamı itirir".

İ.Məmmədovun sözlərinə görə, bu rəqəmlər çox ciddi şəkildə hesablanmalıdır ki, yük bir tərəfin üzərinə düşməsin:

"Yük paylansın. Biz birlikdə dövlət qurmuşuq və dövlətin də işi bu gün ümummilli problemin yükünü bərabər şəkildə qaldırmaqdır. Prezidentin sərəncamının baza prinsipi budur ki, insanlara dəstək verilsin və bu dəstək mütləq olacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar