Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Küçəyə səbəbsiz çıxanlar bu məbləğdə cərimələnəcək - SON DƏQİQƏ

Tarix: 01-04-2020 16:14     Baxış: 5217 A- / A+
Küçəyə səbəbsiz çıxanlar bu məbləğdə cərimələnəcək


Bakı polisi və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası ilə bağlı reyd keçirib.
Manevr.az xəbər verir ki, paytaxtın Nəsimi, Səbail, Yasamal və digər rayonlarında keçirilən reyd zamanı ictimai yerlərdə gəzən vətəndaşlarla fərdi söhbət aparılıb.

Tibbi əlcək və maska taxmayanlara şifahi xəbərdarlıq edilib. Karantin qaydalarını pozan bir neçə nəfər inzibati formada cərimə edilib.

Reydlər zamanı zərurət olmadan evdən çıxan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər. Bu gün reyd zamanı saxlanılan şəxslərin əksəriyyəti minimum 100 manat məbləğində cərimələnib.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində deyilir:

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar