Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu paket ancaq əmək müqaviləsi olan vətəndaşları əhatə edəcək...” - ŞƏRH

Tarix: 31-03-2020 20:51     Baxış: 4134 A- / A+
“Bu paket ancaq əmək müqaviləsi olan vətəndaşları əhatə edəcək...” - ŞƏRH

"Nazirlər Kabinetinin bu gün açıqlanan təkliflər paketində müqaviləsiz, qeydiyyatsız və günəmuzd işləyənlərə yardım nəzərdə tutulmayıb".

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, qeydiyyatsız işləyənlərin sayı müqavilə ilə işləyənlərdən qat-qat çoxdur:

"Onlara heç bir ödəniş nəzərdə tutulmayıb. Söhbət olkə üzrə təxminən 2 milyon nəfərdən gedir. Hətta paketdə muzdla çalışanların yarısından çoxuna da şamil olunmayıb. Əmək müqaviləsi ilə işləyənlərdən 345 min nəfəri kənarda qalıb. Hökümətin açıqlamasına görə, onlar qapadılmayan sahələrdə işləyir. Söhbət bank, rabitə, tikinti və s. kimi sektorlardan gedir".

Natiq Cəfərli qeyd edib ki, orta aylıq əmək haqqı 712 manatdır:

"Orta aylıq əmək haqqı səviyyəsində maaşların ödənilməsi olacaq. Bundan artıq maas alanların əvvəlcədən aldıqları yüksək maaşa görə "təhlükəsizlik yastığı"nın olduğu deyilir. Sadə dillə desək, deyirlər, "evində pulu var, yəni belə şəxslər müvəqqəti çətinliklərə dözə bilər". Ona görə bundan artıq yardım olunacağını düşünmürəm. Bu da təxminən 300 mindən bir az çox əhalini əhatə edəcək. Hansı ki, bunlar rəsmi və əmək müqaviləsi ilə çalışırlar. Bu paket ancaq əmək müqaviləsi olan vətəndaşları əhatə edəcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar