Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan ordusunda koronavirus yayıldı

Tarix: 26-03-2020 10:37     Baxış: 5124 A- / A+
Ermənistan ordusunda koronavirus yayıldı


Ermənistanı bürümüş Covid-19 virusu işğalçı ölkənin ordusunda da yayılıb.

Məlumata görə, hərbçilərdən birinin ailəsində təhlükəli virusa yoluxma halı qeydə alınıb. Bundan sonra onlarla əlaqədə olmuş hər kəs nəzarət altına alınıb. Erməni mənbələri bildirir ki, artıq üç erməni hərbçi də nəzarət altındadır, onlar koronavirusla bağlı testdən keçirilib. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təsdiqləyib.

Ş.Stepanyan bildirib ki, hərbçi ailəsində koronavirusa yoluxma faktı aşkarlandıqdan sonra müqaviləli xidmət keçən həmin hərbçi ilə kontaktda olmuş daha üç hərbi qulluqçu nəzarətə götürülüb. Bundan əlavə, onların xidmət keçdiyi bölük heyət də nəzarətə alınıb və özünütəcrid qərarı verilib. Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, hərbçilər eyni hərbi hissədə və qeyri-döyüş şəraitində xidmət keçirlər.

Son məlumata görə, Ermənistanda 265 koronavirusa yoluxma halı qeydə alınıb./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar