Sizin Reklam Burada
Xəbər lenti
07 aprel
06 aprel
05 aprel
BÜTÜN XƏBƏRLƏR

Almaniyada yaşayan azərbaycanlı həkim: "Fövqəladə hal elan edilməsi..."

Tarix: 20-03-2020 14:33     Baxış: 437 A- / A+
Almaniyada yaşayan azərbaycanlı həkim: "Fövqəladə hal elan edilməsi..."

“Yeni növ koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Azərbaycan Prezidentinin son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) pandemiyasının ciddiliyini nəzərə alaraq verdiyi mühüm qərarlar - Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün verdiyi fərman və bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı verilən fərman - hər bir millətini sevən vətəndaş tərəfindən alqışlanmalıdır. Bu, bir daha onu göstərir ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcək problemləri birbaşa ölkə başçısının ciddi nəzarətindədir. Son günlər ölkədə atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, həqiqətən, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük ki, bu da Avropa ölkələrindən heç də fərqlənmir”.

Manevr.az-ın xəbərinə görə, bunu report-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O bildirib ki, bu profilaktik tədbirlər Azərbaycanda daha da güclənməlidir: “Belə ki, əhalinin sıx toplaşdığı yerlərin, bütün restoranların və uşaq əyləncə mərkəzlərinin günün müəyyən saatlarındakı fəaliyyətləri deyil, gün ərzindəki bütün fəaliyyətləri tamamilə məhdudlaşdırılmalıdır. Eyni zamanda ictimai nəqliyyatdan istifadənin də virusun ciddi şəkildə kəskin yayılmasına səbəb olduğunu nəzərə alaraq ondan istifadənin minimuma endirilməsi çox vacib amildir. Əmin ola bilərsiniz ki, bu mühafizə tədbirlərinin atılması ilə Azərbaycan bir çox Avropa ölkələrindən bir neçə addım bir daha önə çıxa bilər və hətta bir neçə gün sonra mühafizə məqsədli fövqəladə hal elan edilməsi Azərbaycan dövlətinin nə qədər uzaqgörən olduğunu dünyaya çatdırar".

N.Abdullayevin fikrincə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna sadəcə maddi dəstək deyil, eyni zamanda ondan da önəmli olan bu virusla mübarizədə təcrübələr, diaqnostik və müalicə bacarıqları da cəlb olunmalıdır: "Belə ki, xaricdə yaşayan və son zamanlar koronaviruslu xəstələrlə təcrübəsi olan bütün azərbaycanlı həkim və elm adamlarının təcrübəsi və elmi dəstəyi cəlb olunmalıdır ki, bunu da onlar özlərinə şərəf borcu bilməlidirlər. Bu istiqamətdə mən də əlimdən gələn köməkliyi Fonda fəaliyyətə başlayan kimi göstərməyə hazıram".

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar