Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vahid Əhmədov:“Əhaliyə dəstək fondu yaradılsın, pensiyalar artırılsın”

Tarix: 20-03-2020 04:49     Baxış: 3164 A- / A+
Vahid Əhmədov:“Əhaliyə dəstək fondu yaradılsın, pensiyalar artırılsın”

Koronavirusun törətdiyi fəsadların aradan qaldırılması üçün hökumət təcili təkliflər planı hazırlamalıdır.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov koronavirusun iqtisadiyyata vurduğu zərərlərdən danışarkən deyib.

Deputat təklif edib ki, xüsusilə qida sektoru, otelçilik müəyyən müddətə ƏDV-dən azad olunmalıdır: “Bunun üçün 3-6 ay müddət müəyyənləşdirilə bilər. Hazırda ən çox zərər otel sektoruna dəyib. Faktiki olaraq otellər bağlanıb və əməkdaşları evə buraxılıb. Bunun üçün ödəmələrə baxmaq lazımdır.

Həmin otellərin ödəmələrinin gecikdirilməsinə güzəşt edilməlidir. Əgər obyekt işləmirsə, o ödəmələri haradan edə bilər?

Eyni zamanda, sahibkarların aldıqları biznes kreditlərinin ödənilməsini 3-6 ay müddətinə dondurmaq lazımdır”.

V. Əhmədov koronavirus təhlükəsinin fəsadlarının aradan qaldırılması üçün əhaliyə dəstək fondunun yaradılmasını da təklif edib:

“Büdcədən həmin fonda vəsait ayrılmalıdır ki, hazırda işsiz qalan, köməyi olmayan, muzdla işləyənlərə yardım edilsin. Hansı sahibkarlıq subyektləri ki, koronavirusa görə bağlanıb, fəaliyyəti dayandırılıb, onlar vergidən azad olunmalıdır.

Eyni zamanda, elə işləyən müəssisələr var ki, onlara əlavə vəsaitlər ayrılmalıdır ki, problem yaranmasın”.

Millət vəkili hazırkı durumda minimum pensiyaların artırılmasının vacibliyini də vurğulayıb: “Ehtiyaclı kateqoriyanı xüsusilə diqqətdə saxlamaq lazımdır. Koronavirus təhlükəsinin nə qədər davam edəcəyini heç kim proqnozlaşdıra bilmir. Ona görə də hərəkətə keçmək lazımdır.

Cənab Prezidentin tibb işçilərinin əməkhaqlarına 3-5 misli məbləğində əlavələri müəyyən etməsi təqdirəlayiqdir.

Hazırda təkliflərin icrasını tezləşdirmək lazımdır ki, insanlar maddi cəhətdən əziyyət çəkməsinlər”.

İqtisadçı deyib ki, bu təkliflərin realizə olunması üçün kifayət qədər ehtiyat var:

“Neftin qiyməti kəskin düşsə də, bizim kifayət qədər ehtiyatlarımız var və bundan istifadə etmək olar.

Söhbət milyardlardan deyil, 150-200 milyon vəsaitdən gedir. O vəsaitləri ayırıb əhaliyə kömək fondu yaratmaqla problemləri qabarmadan vəziyyətdən çıxa bilərik”. modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar