Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin vəzifədən azad etdiyi məşhur general... - Dosye

Tarix: 16-03-2020 22:45     Baxış: 4182 A- / A+
Prezidentin vəzifədən azad etdiyi məşhur general... - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.

Manevr.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.

Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundov idi.

1968-72-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-94-cü illərdə BDU-da, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.

Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlayıb. 1972-75-ci illərdə Sovet ordusu sıralarında zabit kimi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləyib.

1975-ci ildə DİN-də növbətçi hissə üzrə növbətçi köməkçisi, Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-91-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi işləyib.

1992-93-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

2003-cü ildən qurumun adı dəyişib və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti olub, V.Axundov bu quruma rəhbərliyi davam etdirib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Vətənə xidmətə görə” 1-ci dərəcəli ordenlə təltif edilib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar