Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Baxırlar ki, bu uddu, bunu buraxaq, ya yox? Məsələn, İqbal Ağazadə”

Tarix: 14-03-2020 03:24     Baxış: 3153 A- / A+
“Baxırlar ki, bu uddu, bunu buraxaq, ya yox?

Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli “Yeni Müsavat” qəzetinin “Canlı debat” verilişinin qonağı olub...

Verilişdə maraqlı anlar yaşanıb. Erkin Qədirli Razi Nurullayevlə yanaşı oturması barədə iradlara münasibət bildirərkən deyib ki, yeri özü seçməyib.

“O yeri təyin ediblər” deyən Erkin Qədirli bunun müxalifətin arxaya sıxışdırlması kimi qiymətləndirilməsi ilə razılaşmayıb. “Ona qalsa, Fransa inqilabı dönəmində də müxalifət arxa sırada otururdu. Hətta o gözlə baxsaq da, normaldır.

Mənim üçün yer önəmli deyil. İstəyirlər lap pilləkəndə əyləşdirsinlər. Əsas odur ki, mikrofon olsun”, - deyə deputat bildirib.

Əsas diqqətçəkən məqam isə Erkin Qədirlinin deputat seçilməsi ilə bağlı siyasi qərarın olub-olmaması barədə suala cavab verərkən 35 saylı Xətai üçüncü seçki dairəsini misal çəkməsi olub. “Güman ki, mənsiz məni müzakirə ediblər. Mən bir dəfə yazmışdım. Biri var elektorat, biri də var selektorat. Elokrat seçicilərdir. Selektorat isə seleksiya ilə məşğuldur. Baxırlar ki, bu uddu, bunu buraxaq, ya yox? Məsələn, İqbal Ağazadənin dairəsi. Bir neçə belə qalmaqalı dairələr olub. Ola bilsin yuxarıdan deyiblər ki, bunu buraxın, bunu buraxmayın”, - deyə Erkin Qədirli bildirib.

Sosial şəbəkə istifadəçiləri dərhal verilişdən bu hissəni paylaşaraq bildiriblər ki, Erkin Qədirli İqbal Ağazadənin rəqibi Rauf Arifoğlunun sahibi olduğu media orqanında qonaq olmasını unudub. Amma bəzi sosial şəbəkə istifadəçiləri deputatın 35 saylı Xətai üçüncü seçki dairəsindən misal çəkməsini məqsədli olduğunu iddia ediblər. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar