Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı

Tarix: 12-03-2020 20:19     Baxış: 2239 A- / A+
Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirib.

AQTA-dan verilən məlumata görə, reyd zamanı "LV Standart” MMC tərəfindən idxal olunan "Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək "Goldenline” slivoçnoe əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib.

Eyni zamanda yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.

Anbarda xammal kimi 670 kq, "Goldenline” əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq labortoriyalarına təqdim olunub.

Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.azxeber.com

Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı
Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar