Sizin Reklam Burada
Xəbər lenti
05 aprel
04 aprel
03 aprel
BÜTÜN XƏBƏRLƏR

“Lider” TV yayımın dayanmasında nazirliyi ittiham etdi

Tarix: 12-03-2020 09:08     Baxış: 481 A- / A+
“Lider” TV yayımın dayanmasında nazirliyi ittiham etdi

“Lider” TV-nin “Xəbərlər” departamentinin rəhbəri Aynurə Vəliqızı martın 10-da telekanalın yayımının dayandırılması ilə bağlı açıqlama verib.

Manevr.az xəbər verir ki, “News24”ə danışan telekanal rəsmisi yaranan problemin birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı olduğunu deyib:

“Biz fəaliyyətimizi dayandırmamışdıq. Bunun baş verməsi üçün heç bir əsas yoxdur. Çünki kifayət qədər işçi heyətimiz, həmçinin də, texniki bazamız mövcuddur. "Lider" Televiziyası artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz daim dövlət başçımızın yürütdüyü siyasətə dəstək olmuşuq, bütün marifləndirmə xarakterli verilişləri tamaşaçılarımıza təqdim etmişik. "Lider" TV-də heç vaxt bayağı verilişlər yayımlanmayıb. Daha çox isə siyasi və analitik layihələr yer alıb. Təəssüf ki, jurnalistlər əldə etdiyi məlumatı dəqiqləşdirmədən yayıblar. Sözügedən nazirlik heç bir xəbərdarlıq olmadan ötürücü siqnalını kəsib. Dəfələrlə bizə qarşı bu addım atılıb".

Aynurə Vəliqızı həmçinin bildirib ki, əgər iddia olunan hər hansısa bir borc varsa, o, məhkəmə yolu ilə həll olunmalıdır:

"Məhkəmə qərarı olsa belə, nazirlik bizim yayınımızı dayandıra bilməz. Bunun üçün MTRŞ fəaliyyət göstərir. Problemin həll olunması üçün hər iki qurum danışıq aparmalıdır. Yalnız bundan sonra televiziya ilə bağlı hər hansısa qərar tətbiq oluna bilər. Ümumiyyətlə isə bütün televiziyaların tarixçələrinə nəzər salsaq, görə bilərik ki, hər birinin maliyyə ilə bağlı problemləri olub. Düşünürəm ki, MTRŞ hər kəs üşün çox doğru cavabı verib. Bildirilib ki, "Lider" Televiziyasına lisenziyanı məhz bu qurum verib və o, qüvvədədir".

Aynurə Vəliqızının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Günel Gözəlova ilə əlaqə saxlanılıb. G.Gözəlova məsələ ilə bağlı hər hansı bir açıqlamasının olmadığını qeyd edib.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar