Sizin Reklam Burada
Xəbər lenti
07 aprel
06 aprel
05 aprel
BÜTÜN XƏBƏRLƏR

"Lütvəli Babayev itdi, Mərdan Camalov bitdi" - Zərdab rayon sakinlərindən ŞİKAYƏT

Tarix: 11-03-2020 11:51     Baxış: 4108 A- / A+
"Lütvəli Babayev itdi, Mərdan Camalov bitdi" - Zərdab rayon sakinlərindən ŞİKAYƏT



"Mərdan Camalov Zərdab rayonuna icra başçısı vəzifəsinə təyin edildi. Biz buna çox sevindik ki, 12 il Zərdabı xarabalığa döndərən Lütvəli Babayevdən canımız qurtardı. Ancaq bunun yalnış olmasının şahidi olmaqdayıq"

Bu sözlər Zərdab rayonunun bir qrup sakinləri tərəfindən Manevr.az-ın elektron poçtuna göndərilən şikayət məktubundandır. Sözügedən müraciəti olduğu kimi təqdim edirik:

"Biz Zərdab rayon sakinləriyik. Bildiyiniz kimi prezidentin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Mərdan Camalov Zərdab rayonuna icra başçısı vəzifəsinə təyin edildi. Biz buna çox sevindik ki, 12 il Zərdabı xarabalığa döndərən Lütvəli Babayevdən canımız qurtardı. Ancaq bunun yalnış olmasının şahidi olmaqdayıq. Necə deyərlər, biri itdi, biri bitdi. Mərdan Camalov keçmiş başçının cinayət şəriki olan Zərdab şəhər meri (?) Hafiz Kərimovla anlaşmaya gedib talançılığa start verib.
Belə ki, Mərdan Camalovun Zərdab şəhər meri Hafiz Kərimovla əlbir olub korrupsiya cinayəti ilə məşğul olması sənədlərlə təsdiq olundu. Zərdab Rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 28 fevral 2020-ci il tarixdə dövlət qəzetlərində yolların təmir işlərinin satın alınması və şəhərin abadlaşdırlması işlərinin satın alınmasına dair açıq tender elan edib.Ancaq heç bir rəsmi tender keçirilmədən saxta sənədlər əsasında bir neçə ay əvvəl Ağcabədi sakininin adına təsis edilmiş “İnşaat Serviz-2” MMC həmin tenderin qalibi olur. Hansı ki, həmin “İnşaat Serviz-2” MMC-nin yolların təmir edilməsi üçün avadanlığı, asfalt zavodu və iqtisadiyyat nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyası yoxdur.Belə olan halda “İnşaat Serviz-2” MMC-nin tenderdə iştirak edib udması açıq-aşkar korrupsiya cinayətidir ki, bunun məsuliyyəti təşkilatçı şəhər meri Hafiz Kərimovla icra başçısı Mərdan Camalovun üzərinə düşür.Onlar dövlət vəsaitini talan etmək üçün əlbir olub bu cinayəti törədiblər.Nəticədə isə ayrılmış pulun cüzi hissəsi xərcləncək yüksək məbləğdə vəsait isə onlar tərədindən mənimsəniləcək.
Qeyd edək ki, tenderi udan “İnşaat Serviz-2” MMC olsada şəhər daxili yolların təmirini Zərdab rayon asfalt zavodu aparacaq.Həmin zavodun müdiri Elman Həsənov Şirvan şəhər sakini olmaqla icra başçısı Mərdan Camalovun qohumudur. Bu korrupsioner cütlüyün saxtakarlığı nəticəsində dövlətin küllü miqdarda vəsaiti mənimsəniləcək və Zərdabın bərbad küçələri dahada bərbad hala düşəcək.
Bu cinayət faktı tam subut edir ki, Mərdan Camalov korrupsiya əməllərində, saxtakarlıqda keçmiş başçıdan dahada peşəkardır. Elə bu səbəbdəndir ki, 67 yaşlı şəhər meri Hafiz Kərimovu təqaüdə göndərmədi.Çünki saxta sənədlərlə tender-pul talama oyunlarının Zərdabda ən peşakar bilicisi məhz Hafiz Kərimovdur. Pensiya yaşı çoxdan ötmüş Hafiz Kərimov hər il müxtəlif adlarda mmc-lər yaradıb qalib edir dövlət vəsaitini icra başçısı ilə əlbir olub talan edir.Nəticədə isə Zərdabda nə yollar təmir edilmir nədə ki, abadlıq işləri aparılmır.
Zərdab rayon Maliyyə İdarəsi bu tender oyunlarına göz yumub şərait yaradıb.
Biz Prezident cənab İlham Əliyevdən çox-çox xahiş edirik ki, Zərdab Rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yolların təmir işlərinin satın alınması və şəhərin abadlaşdırlması işlərinin satın alınmasına dair apardığı tenderin obyektiv araşdırılıb saxtakarlıq etmiş korrupsioner vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq versin.

İmza; Zərdab rayon sakinləri
Əliyev Behbud Nəbi oğlu
Məmmədov Aslan Mövsüm oğlu
Həsənov Rəsul Zahid oğlu
Dadaşov Talıb Camaləddin oğlu
Umudov Akif Səftər oğlu
Səlimov Tahir Oktay oğlu
Quliyev Mətləb Əsgərxan oğlu
Kamilov Xudu Paşa oğlu
Babayev Şakir Yusib oğlu
Cavadov Fərhad Məhəmədəli oğlu"








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar