Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİN-dən qanunsuz aksiya ilə bağlı AÇIQLAMA - “Heç bir qadın saxlanılmayıb”

Tarix: 08-03-2020 18:29     Baxış: 3173 A- / A+
DİN-dən qanunsuz aksiya ilə bağlı AÇIQLAMA - “Heç bir qadın saxlanılmayıb”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu gün bir qrup qadının şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərməs ilə bağlı report-un suallarını cavablandırıb.

Manevr.az E.Zahidovla sual-cavabı təqdim edir:

- Bu gün bir qrup qadın şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərdi. Lakin polis buna imkan vermədi. Bu zaman yürüş iştirakçılarından saxlanılanlar oldumu?

- Özlərini feminist adlandıran həmin qadınların şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi. Çünki onlara aksiyanı keçirmək üçün uyğun yer təklif edilmişdi. Lakin onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçmişdilər. Bu da digər insanların hüquqlarının pozulmasına gətirib çıxara bilərdi.

Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.

Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar.

- Onların arasında qadınlar da var idi?


- Xeyr. Polis əməkdaşları əsl azərbaycanlı kişiyə xas olaraq Beynəlxalq Qadınlar bayramının, eləcə də ləyaqətli Azərbaycan xanımlarının xatirinə qanunsuz aksiyaya cəhd edən qadınlardan hər hansı birini nəinki saxlamadı, hətta onlardan bəzilərinin aqressiv davranışlarına oz təmkinli hərəkətləri ilə cavab verdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar