Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Şadlıq sarayları dezinfeksiyanı gücləndirməlidir" - Musa Quliyev

Tarix: 08-03-2020 15:51     Baxış: 3153 A- / A+
"Şadlıq sarayları dezinfeksiyanı gücləndirməlidir" - Musa Quliyev

“Şadlıq saraylarında, eləcə də rayonlarda təşkil olunan “palatka” toylarında dezinfeksiya tədbirlərini gücləndirmək vacibdir”.

Manevr.az xəbər verir ki, bu sözləri modern.az-a Milli Məclisin deputatı, həkim Musa Quliyev deyib. O qeyd edib ki, koronavirus təhlükəsindən qorunmaq üçün toy məclislərinin təxirə salınması etirazla qarşılana bilər:

“Bu, hər insanın həyatında bir dəfə olan hadisədir. Gənclərin arzularını, xəyallarını həyata keçirməyinə mane olmaq şəxsi həyata müdaxilə kimi də qiymətləndirilə bilər. Ona görə, toy məclislərini qadağan etməklə həmin gənclərin həyatına böyük zərbə vurmuş olarıq. Amma toylarımızda müəyyən məhdudiyyətlər tətbiq etmək, qonaq sayını azaltmaq, yaxın günlər üçün nəzərdə tutulmamış toyları ertələmək olar. İnsanların özündə də daxili mədəniyyət olmalıdır. Qızdırması, soyuqdəyməsi olan, hətta adi qripə yoluxmuş xəstə insanlar qələbəlik məclislərə qatılmamalıdırlar.

Nəzərə almalıyıq ki, Azərbaycanda koronavirus o qədər də geniş yayılmayıb. Nəzarət tədbirləri də güclüdür. İnsanlar da diqqətli olmaqla özlərini mütləq qorumalıdırlar”.

Qeyd edək ki, koronavirusun yayıldığı bir sıra ölkələrdə kütləvi məclislər, hətta toy şənliklərinin keçirilməsi müəyyən müddətə qadağan edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar