Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağstafada şəhid adına sayğısızlıq... - FAKT

Tarix: 07-03-2020 05:09     Baxış: 3185 A- / A+
Ağstafada şəhid adına sayğısızlıq...

Ağstafada şəhidlərin xatirəsinə tikilən bulaqlar baxımsız vəziyyətdir.

Bu barədə rayon sakinlərinin göndərdiyi şikayət məktubunda qeyd edilib. Sakinlər bildirirlər ki, Ağstafada 1992-ci ildə Ballı Qayadakı döyüşlərdə həlak olan şəhid Natiq Sədiyevin xatirəsinə tikilən bulaq yararsız hala düşüb. 20 Yanvar şəhidləri üçün tikilən bulağın üzərindən isə şəhidlərin fotosunun götürüldüyü və oranın zibillər toplanan yerə çevrildiyi qeyd edilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Ağstafa rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə tikilən bulaq artıq yeni ünvana köçürülüb:

“20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş bulağın əvvəlki yeri 7 nömrəli dəmiryolu distansiyasının binasında olub. Daha sonra Nazirlər Kabinetinin qərarı ilə həmin bina Ağstafa RMX-nin Uşaq xəstəlikləri şöbəsinə verilib. Bu səbəbdən 7 nömrəli dəmir yolu distansiyası Rafiq Azərov küçəsində yolun sol tərəfinə, Dəmir Yolları QSC-ə məxsus binaya köçürülüb və həmin bulaq da distansiyanın şəxsi imkanları hesabına yeni ünvandadır”.

İcra nümayəndəsi 1992-ci ildə şəhid olan Natiq Sədiyevin adına olan bulağın isə yeni ünvana köçürülməsi məsələsinin gündəmdə olduğunu qeyd edib:

“Natiq Rəhim oğlu Sədiyevin adına olan bulaq yaşayış binasının həyətində vətəndaşların öz hesabına tikilib. Amma həmin yer bulaq üçün uyğun deyil. Çünki bulağa su vermək üçün Ağstafa şəhərinin su şəbəkəsinə su verilməlidir. Biz ora su versək, bu zaman sakinlər suyu başdı-başına buraxacaq, bu da həm israfa, həm də antisanitar şəraitin yaranmasına səbəb olacaq. Bulağın başqa ünvanda yenidən tikilməsi məsələsi planımızda var”. axar.az

Manevr.az

Ağstafada şəhid adına sayğısızlıq...
Ağstafada şəhid adına sayğısızlıq...
Ağstafada şəhid adına sayğısızlıq...
Ağstafada şəhid adına sayğısızlıq...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar