Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Xəzər” TV SOCAR-a necə verildi? - HÜQUQŞÜNAS ŞƏRHİ

Tarix: 07-03-2020 04:59     Baxış: 3347 A- / A+
“Xəzər” TV SOCAR-a necə verildi?

Media məsələləri üzrə tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu Xəzər TV-nin sahibin və rəhbərinin dəyişdirilməsi prosesi haqqında maraqlı qeydlər yazıb.

5 mart 2020 tarixində yayılan məlumatlardən bəlli olur ki, “Xəzər“ TV MMC-nin təsis paylarının “SOCAR Media” İctimai Birliyi tərəfindən satın alınması baş verib və yeni təsisçi dərhal yeni rəhbəri “Xəzər“ TV-yə təyin edib.

Bu məsələ bir neçə aspektdən mübahisəlidir.

Teleradio Yayımı haqqında Qanunda iki önəmli müddəa var. Birincisi, Qanunun 10.1 maddəsində özəl yayımçının təsisçilərini iki hissədə göstərib:
a) Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları;
b) Nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər.

“SOCAR Media“ hüquqi şəxs olsa da ictimai birlikdir, MMC deyil və nizamnamə kapitalı yoxdur.

İkincisi, Teleradio Yayımı haqqında Qanunun 10.5. maddəsinin tələbidir ki, Özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur. Yəni, bu dəyişikliiyin baş verməsi üçün 4 ay bundan öncə Xəzər TV Milli Teleradio Şurasına müraciət etməli idi. MTRŞ- da 2 ay ərzində belə bir dəyişikliiyin mümkünlüyünə dair rəy verməli idi. Sonrakı bir ay ərzində isə yeni dəyişiklik qeydə alınmalı və rəsmiləşməli idi.
İndi şərh bölümünə əlavə etdiyim linkdən də (http://www.ntrc.gov.az/az/content/news/48.html) görünür ki, MTRŞ belə bi qərar verməyib və Xəzər Tv-nin təsisçisi Xəzər MMC olaraq görünür.

Bir digər mübahisəli məsələ “Socar Media” İctimai Birliyin öz statusu ilə bağlıdır.

Qanuna əsasən, İctimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. belə olduğuna görə “SOCAR Media” Xəzər tv-dən gələn bütün gəlirlərini, o cümlədən reklam gəlirlərini nizamnamə məqsədinə yönəltməlidir.

Media bu prosesi diqqətdə saxlamalıdır. gununsesi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar