Sizin Reklam Burada
Xəbər lenti
08 aprel
07 aprel
BÜTÜN XƏBƏRLƏR

“Gəncləşdirmə siyasəti” niyə məhkəmə sədrlərinə şamil edilmir?

Tarix: 06-03-2020 19:02     Baxış: 483 A- / A+
“Gəncləşdirmə siyasəti” niyə məhkəmə sədrlərinə şamil edilmir?


Ölkə başçısı iki gün öncə 30 və 40 yaşlı iki gənci icra başçısı vəzifəsinə təyin etdi və bu təyinatı onların adının, işlərinin “təmiz” olması ilə izah etdi. Başqa sözlə, idarəetmə , icra hakimiyyəti sistemində “cavanlaşma”, yüksək ixtisaslı gənc kadrlara üstünlük verilməsi siyasəti davam edir.
Nə yazıq, dövlət hakimiyyətinin digər qolları hələ də yerində sayır. Milli Məclisin rəhbərliyi gizli səsvermə ilə seçildiyindən, qanunverici hakimiyyətdə cavanlaşma prosesini yalnız xalq həyata keçirə bilər. Təbii ki, xalqın seçimini deputat təyinatına çevirməsələr. Məhkəmə hakimiyyətinə gəldikdə isə yaşı 30-dan az olmayan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə azı 5 il iş təcrübəsi olan vətəndaşlar hakim ola bilərlər. Tələblərdən göründüyü kimi, hakim seçilən şəxslər yetərincə yetişmiş, püxtələşmiş şəxslərdir. Bəs niyə “gənc” adı ilə bu gənc, peşəkar, çirkaba bulaşmamış hakimlər irəli çəkilmir? Məhkəmə sədrlərinin bir çoxları, elə bil, bu kürsünü ömürlük əldə ediblər. Fikir verin, Sabunçu rayon məhkəməsinin 68 yaşlı sədri İlqar Abbasov bundan öncə Yasamal məhkəməsində sədr olub. Artıq hakimlik yaşını da 2 ildir keçib , amma yenə də kürsüdən bərk-bərk yapışıb. Xatırladaq ki, Ali Məhkəmə hakiminin son yaş həddi 68, digər məhkəmə hakiminin son yaş həddi 66 -dır. İlqar Abbasovun hansı keyfiyyətləri onu əlavə 2 il də (hələ ki!) sədr kürsüsündə saxlayır? Xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinə, şəhidə qarşı iddianı qeyri-prosessual münasibət nəticəsində qəbul etməsinə görəmi? Hazırda Bakı şəhəri, Xətai rayon məhkəməsinə sədrlik edən 60 yaşlı Rəşid Rzayev də bundan öncə artıq ləğv edilmiş 1 və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələrinin sədri olub! Özü də sədrliyi cavabdeh, borclu dövlət qurumları və digərləri ilə qeyri-prosessual münasibətə girərək yüksək hakim adına ləkə salmaqdan ibarət olub. Baxın, bu sədrin göstərişi ilə 4 ildir dövlətin adından çıxarılan məhkəmə qərarı borcluya məcburi icra etdirilmir , 1 ildir tələbkarın ərizəsinə baxılması təmin edilmir, ekspertiza rəyi verilməsi cavabdehə tapşırılır, Ali Məhkəmənin ləğv etdiyi işə 1 ildir baxılması təmin olunmur və... Rəşid Rzayev Xətai məhkəməsinə sədr təyin olunur! Niyə yeni seçilən hakimlər sədr təyin olunmur? Dünyaca tanınmış filmdə deyildiyi kimi, görəsən, bu qoca sədrlərin nəyi hakimiyyətin xoşuna gəlib ki, qollarından birinin sədrliyini yalnız onlara verir?

Sədr kürsüsündə qocalan hakimlərin siyahısı yetərincədir. Hamısı bir məhkəmə sədrliyindən çıxarılır, digərinə sədr təyin olunur. İcra hakimiyyəti başçılarının bir neçə il öncəyə kimi davam edən yerdəyişməsinə son qoyulduğu kimi, məhkəmə sədrlərinin yerdəyişməsinə son vermək də aktuallığını saxlayır. 2 il öncə hakim adına layiq görülənlərin böyük çoxluğu məhkəmə sədri adını daşımağa da layiqdirlər. Niyə də olmasın?

Məğrur Bədəlsoy








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar