Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ənvər Seyidovun qardaşı oğlu həbs edildi

Tarix: 05-03-2020 14:23     Baxış: 4266 A- / A+
Ənvər Seyidovun qardaşı oğlu həbs edildi


Məşhur hakim Ənvər Seyidovun qardaşı oğlu Qabil Qiymət oğlu Seyidov dələduzluq etdiyinə görə həbs olunub.

Manevr.az xəbər verir ki, müxtəlif vətəndaşlardan məhkəmədə üzləşdikləri problemlərin həlli üçün xeyli miqdarda pul alan Qabil Seyidov ötən ilin ortalarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, Q.Seyidov "Qala-BTX" və "Azər Mühafizə" MMC işi ilə bağlı həbs olunan şəxslərin qohumlarına söz verib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə işlərinə kömək edəcək və bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşı tərəf məhkəmənin yekun qərarından sonra aldadıldıqlarını görərək polisə üz tutublar.

Qeyd edək ki, Qabil Seyidov vətəndaşlardan pulu əmisinin Bakı Ağır Cinayətlər Məhkəməsində işləməyindən istifadə edərək alıb. Ötən ilin dekabr ayında isə istintaq yekunlaşaraq baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib və hakim Babək Pənahovun icraatına verilib.

Xatırladaq ki, Ənvər Seyidov ölkədə xeyli sifarişli hökmdə imzası olan məşhur hakim kimi tanınır. Ötən ilin mart ayında isə Ənvər Seyidov yaşla əlaqədar təqaüdə göndərilib./yenisabah

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar