Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

3 yaşlı Zəhranı oğurlayan qadının məhkəməsi başlayıb

Tarix: 03-03-2020 19:18     Baxış: 4153 A- / A+
3 yaşlı Zəhranı oğurlayan qadının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Manevr.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prokuror iş üzrə materiallarla tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin hazırlıq iclası martın 11-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. Üç yaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.

T.Nəzərovaya Cinayət Məcəlləsinin 144.3-cü ( adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar