Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rus deputat rəsmən İslamı qəbul etdi... -ŞƏKİL

Tarix: 02-03-2020 19:59     Baxış: 3173 A- / A+
Rus deputat rəsmən İslamı qəbul etdi...

Ufa(Başqırdıstan paytaxtı) şəhər məclisinin deputatı və eyni zamanda populyar bloger olan Yuliya Romançeva İslamı qəbul etdiyini rəsmi şəkildə bəyan etmək üçün Çeçenistan paytaxtı Qroznıya uçub gəlib.

Bu barədə “Çeçnya seqodnya” ("Çeçenistan bu gün") nəşri məlumat yayıb.

Rus deputat Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin(MRİ) divarları arasında şəhadət gətirərək müsəlman olub.

“Yuliya Nikolaevna İslamın gözəlliyini, dinin saflığını ürəkdən dərk edib. Yuliya Nikolaevna Çeçenistan Respublikasına tez-tez qonaq gəlir, xeyirxah əməllərinə görə o, burada sevilir və ona hörmət bəslənilir"- deyə Çeçenistan Respublikası MRİ-nin mətbuat xidməti məlumat yayıb.

Romançevaya İslama aid kitablar hədiyyə edilib. Rus deputat Çeçenistan MRİ rəhbəri, müfti Salah-Hacı Meciyevə göstərdiyi diqqətə və doğru yola qədəm qoymasında verdiyi dəstəyə görə təşəkkürünü bildirib. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar