Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb -ŞƏKİLLƏR

Tarix: 28-02-2020 16:55     Baxış: 3273 A- / A+
Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov ali təhsil müəssisəsində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən təşkil olunan ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb.

Manevr.az xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.

İnstitut rəhbəri tələbələrə tövsiyələrini verərək bildirib ki, sahib olacaqları ixtisası daha dərindən bilmək, onun sirlərinə yiyələnmək üçün xarici dil bilikləri zəruridir. Karyera imkanlarının genişləndirilməsində bilik və bacarıqların hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb.

Ali təhsil müəssisəsində tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmalarına, dini və dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm verildiyini qeyd edən rektor nəzərə çatdırıb ki, təhsilalanların bilikli, savadlı, zəngin dünyagörüşlü yetişmələri üçün Aİİ-də müxtəlif layihələr həyata keçirilir.

C.Məmmədov daha sonra layihə haqqında məlumat verərək bildirib ki, İnstitutda BMqT tərəfindən ingilis dili kurslarının təşkil edilməsi tələbələrin dil biliklərinin gücləndirilməsinə öz töhfəsini verəcək.

Məlumat üçün bildiririk ki, layihənin əsas tərəfdaş qurumlarından biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir (DQİDK). Adıçəkilən layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıq əlaqələri qurulur.

BMqT ali təhsil müəssisəsində tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə ingilis dili üzrə əlavə kursların təşkilini planlaşdırır.

Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb
Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb
Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar