Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Elan saytlarında alver: “korona-maska”lar varmış - Şəkil

Tarix: 27-02-2020 17:21     Baxış: 3371 A- / A+
Elan saytlarında alver: “korona-maska”lar varmış - Şəkil

Koronavirus epidemiyası yayıldığı gündən tibbi maskalar defisitə çevrilib. Hazırda apteklərdə tibbi maska tapmaq mümkün olmasa da, onlayn satış saytlarında hər növdə və hər qiymətə tibbi maska təklif edilir.

Manevr.az xəbər verir ki, əsas elanlar “tap.az” elan saytında yerləşdirilib.

Apteklərdə dünənə qədər 10 qəpiyə aldığımız adi tibbi maskalar saytda 60-75 qəpiyədir.

Kömürlü “Venitex FFP 2” maskalar isə 3 manatdır. Elan saytında FFP 2 təmizləmə xüsusiyyətinə malik tibbi maskalar 2 manat 70 qəpiyə təklif edilir.

Almaniya istehsalı olan qoruyucu maskalar 2 manatadır.

Ən yüksək qiymətə təklif edilən tibbi maskalar isə sırf adından da göründüyü kimi, reklam mahiyyəti daşıya “koronovirus əleyhinə” olduğu iddia edilənlərdir. İşbazların zəif yerdən yapışaraq reklam etdikləri bu maskaların 15 gün müddətinə istifadəsinin mümkünlüyü bildirilir. Bu maskanın qiyməti isə 4,5 manatadır.

Qeyd edək ki, heç bir maska bir neçə saatdan artıq istifadə edilə bilməz və bu elanlardakı iddialar reklamdan başqa bir şey deyil.

Manevr.az
Elan saytlarında alver: “korona-maska”lar varmış - Şəkil
Elan saytlarında alver: “korona-maska”lar varmış - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar