Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib -ŞƏKİLLƏR

Tarix: 27-02-2020 17:27     Baxış: 4217 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlının təqdimatında “Bioetika və din” mövzusunda seminar təşkil olunub.


Manevr.az xəbər verir ki, seminarda çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, mövzu barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Qəmər xanım Cavadlının bu mövzuda qələmə aldığı “İslam və bioetika” kitabı xüsusi əhəmiyyət kəsb edir. Q.Cavadlının geniş araşdırmalar sayəsində ərsəyə gətirdiyi bu elmi əsər dinin bioetika problemlərinə münasibətini tarixi, fəlsəfi və ictimai aspektlərdən tədqiq edir. C.Məmmədov daha sonra vurğulayıb ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maariflənməsi və biliklərinin artırılması baxımından xüsusi önəm daşıyır.
Azərbaycan İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib

QMİ sədrinin müavini Qəmər Cavadlı “Bioetika və din” mövzusunda ətraflı çıxış edib. Bildirib ki, bioetikaya olan maraq, hər şeydən əvvəl, müasir cəmiyyətdə yeni texnologiyaların və tibbi vasitələrin insanlar üzərində sınaqdan keçirilməsinə yönəlik qlobal ictimai marağın göstəricisidir. Bioetikanın fəlsəfi fikrin yeni başlanğıc nöqtəsini təşkil etdiyini vurğulayan Q.Cavadlı onun formalaşması və inkişafının, ümumilikdə, ənənəvi etika ilə tibbi etikanın transformasiyası ilə bağlı olduğunu qeyd edib.

Sədr müavini bioetikaya olan marağın ciddi hüquqi və mənəvi tənzimlənmə tələb edən bir sıra problemləri gündəmə gətirdiyini, eləcə də dini dünyagörüşü və milli-mənəvi mentaliteti özündə ehtiva etdiyini, müxtəlif dinlərdə bu məsələyə fərqli baxışların olduğunu bildirib.

Q. Cavadlı məruzəsində qloballaşan dünyada elm və din arasında tarazlığın yaradılması, tibbi-bioloji nailiyyətlərin fövqündə dini mentalitetin və əxlaqın qorunub saxlanılması problemlərinə də münasibət bildirib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar