Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanda koronavirusun olmadığına inanmıram" – Partiya sədri

Tarix: 27-02-2020 16:18     Baxış: 4134 A- / A+
"Azərbaycanda koronavirusun olmadığına inanmıram" – Partiya sədri

Azərbaycanda koronavirus şübhəsi ilə 186 nəfər müşahidə altına alınıb. Buna baxmayaraq, Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma halının qeydə alınmadığını bəyan edib. Bu isə müxtəlif söz-söhbətlərin meydana çıxmasına səbəb olub. Sosial şəbəkələrdə virusun Azərbaycanda olduğu, lakin əhalidə təşviş yaratmamaq üçün bu barədə rəsmi məlumat verilmədiyini yazanlar var.

Manevr.az-ın məlumatına görə Vətəndaş və İnkişaf Partiyasının sədri, biologiya elmləri namizədi, Azərbaycan Tibb Universitetinin müəllimi Əli Əliyev yenisabah.az-a açıqlamasında bildirib ki, bu barədə rəsmi məlumatların verilməməsi düzgün deyil.

Onun sözlərinə görə, əgər ölkədə koronavirus yayılıbsa, bunu cəmiyyətə açıqlamalı, profilaktik tədbirlər görülməlidir:

"Əlimdə bu barədə dəqiq dəlil, məlumat yoxdur. Çox təəssüflər olsun ki, rəsmi məlumatlar da azdır. Amma necə ola bilər ki, koronavirus Azərbaycanda olmasın? Axı Gürcüstanda 4 nəfər Azərbaycan vətəndaşı hospitala yerləşdirilib. Ona görə koronavirusun Azərbaycanda olmaması xəbəri inandırıcı deyil. Bu hal varsa, gizlədilməsi yanlışdır. Rəsmi məlumat verilməlidir. Düzdür, mən panikanın, cəmiyyətdə təşviş yaradılmasının əleyhinəyəm. Məsələlərə obyektiv baxılmalıdır. Məsələn, Cənubi Koreya virusun vaksini tapılmayana qədər bütün sərhədlərini bağlayıb. Türkiyə də sərhədlərini bağlayıb. Yəni, dövlətlər bu virusa görə tədbirlər görürlər. Ancaq Azərbaycanda heç bir qabaqlayıcı tədbir görülmür. Hətta ölkədə virus olmasa belə, hökümət bu tədbirləri görməlidir. Təəssüflər olsun ki, hökümətin davranışı təhlükəyə adekvat deyil. Ən azından maarifləndirmə sahəsində görülən işlər qənaətbəxş deyil. Hər halda mən düzgün addımların atıldığını görmürəm. Ən azından cəmiyyət maarifləndirilməlidir, insanlar baş verənlərdən məlumatlı olmalıdırlar. Maskaların, spirtlərin qiymətinin qaldırılması və ya bu məhsulların apteklərdə tükənməsi Azərbaycanda dərman preparatlarının istehsalı sahəsində olan boşluqları göstərir. Çünki Azərbaycanın ixracdan asılı olması dövlət təhlükəsizliyi məsələsidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar