Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçildi -ŞƏKİL

Tarix: 25-02-2020 05:32     Baxış: 3131 A- / A+
Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçildi

Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış edərək deyib ki, 2020-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilib. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin nəticələri haqqında protokollar, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 14 fevral tarixli Qərarı Ali Məhkəməyə təqdim edilib.

Təqdim edilmiş sənədlərin təhlili nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyənləşib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il 9 fevralda keçirilmiş seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiqlənib.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının ilk iclasına 23 saylı Cəhri Seçki Dairəsindən seçilmiş deputat Hacıfəxrəddin Səfərli sədrlik edib. Ali Məclisə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak etdiyindən sessiya öz işinə başlamağa səlahiyyətli hesab olunub. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Səsvermə nəticəsində Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. lent.az

Manevr.az

Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar