Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək

Tarix: 25-02-2020 05:03     Baxış: 3122 A- / A+
Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək

Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axınının intensivləşdirilməsi məqsədilə görülən işlər daha da gücləndiriləcək, həmçinin birgə layihələr və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması məqsədilə aktiv iş aparılacaq.

Bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi və İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında Turizm sahəsində əməkdaşlıq Anlaşma Memorandumunun imzalanması nəticəsində bu sektorda münasibətlərin inkişafını təşviq etmək məqsədilə tərəflər arasında əməkdaşlıq üçün mümkün çərçivə müəyyən ediləcək.

K.Quluzadə qeyd edib ki, bu əməkdaşlığa uyğun olaraq, Azərbaycan və İtaliyanın UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış yerlərinin qorunması və bərpası üzrə təcrübə və məlumat mübadiləsi gücləndiriləcək. DTA və İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mövcud əməkdaşlıq genişləndiriləcək və turizm sahəsində idarəetmə, turizm siyasətinin formalaşdırılması, eləcə də bir sıra digər məsələlər üzrə təcrübə, məlumat mübadiləsi aparılacaq.

Agentlik rəsmisi əlavə edib ki, hər iki ölkədə turizm sahəsi üzrə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi məqsədilə tədbirlər gücləndiriləcək. Bununla yanaşı, hər iki ölkənin turizm resurslarına və turizm sahəsində aparılan elmi tədqiqatlara dair məlumat mübadiləsi aparılacaq, aqroturizm və turizmdə marketinq fəaliyyəti üzrə təcrübə mübadiləsi həyata keçiriləcək.

K.Quluzadə bildirib ki, memoranduma uyğun olaraq, beynəlxalq təşkilatlarda ikitərəfli və çoxtərəfli əməkdaşlıq gücləndiriləcək. Qarşılıqlı turist axınının intensivləşdirilməsi məqsədilə görülən işlər daha da gücləndiriləcək, birgə layihələr və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması məqsədilə aktiv iş aparılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" imzalanıb.

Sənəd çoxölçülü, çoxşaxəli, hərtətəfli tərəfdaşlığın, müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar