Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu icra başçıları da HƏBS OLUNACAQ? - Sensasion AÇIQLAMA

Tarix: 24-02-2020 22:43     Baxış: 4274 A- / A+
Bu icra başçıları da HƏBS OLUNACAQ? - Sensasion AÇIQLAMA

“Ölkədə rüşvətxorluğa qarşı islahatlar çərçivəsində aparılan, xüsusi olaraq, Dövlət Təhlükəsizlik Xidmətinin prinsipial şəkildə həyata keçirdiyi əməliyyatları xalqın içində olan bir ziyalı kimi dəstəkləyirəm”.

Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Neftçala Rayon İcra Hakimiyyətinin başçısı və bir qrup vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə etmək və korrupsiyada ittihamı ilə həbs edilməsi haqqında danışarkən qeyd edib.
Şərqşünas bildirib ki, dövlətin rüşvətxor məmurlara qarşı atdığı addımlara görə insanların qəlbi fərəhlə dolur: “Çünki xalq öz prezidentinə inandığı, etimad göstərdiyi halda, onun etimadından istifadə edən icra başçıları və digər dövlət orqanlarında çalışan məmurların, açıq deyirəm, xalqla dövlət və onun başçısı arasında uçurum yaradan rüşvətə bulaşmış, öz nəfsinin girovluğunda qalan məmurların zərərsizləşdirilməsi həm dini, həm də milli mənafeyimizə uyğundur. Halalı harama qatan, övladlarına haram çörək yedirənlər həm də Azərbaycanın dövlət maraqlarına, dövlətçilik prinsiplərinə qarşı çıxırlar. Xüsusi olaraq, Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunduqdan sonra prinsipial mövqeyi ilə prezidentin tapşırıqlarını reallaşdırmasını gördükdə mən çox sevinirəm. Məndə olan dəqiq məlumata görə, son əməliyyatlardan sonra korrupsiyaya bulaşmış digər icra başçıları və məmurlar öz yaxın ətraflarına ərizə yazaraq, istefa edəcəklərini deyiblər. Hətta bunu həyata keçirməkdə tələsirlər. Düşünürəm ki, adı korrupsiyada hallanan məmur və icra başçılarının həbsi və ifşası prosesi hələ davam edəcək. İctimaiyyətdə adı ilə tanınan, barmaqla göstərilən bir neçə icra başçısı var ki, onların hələ də öz vəzifələrində qalması hakimiyyətlə xalq arasında narazılıqların yaranmasına səbəb olur. Düşünürəm ki, DTX onların ayırd edilməsi və vaxtında zərərsizləşdirilməsi üçün bu prosesi uğurla davam etdirəcəklər. Mən münəccim deyiləm, fala da baxmıram. Bir elm və mənəviyyat adamı, hər gün onlarla şəhid, qazi ailəsi ilə təmasda olan insan kimi deyirəm ki, xalq bu ifşalardan məmnundur və bu halda Azərbaycan dövlətinin cinayət və cinayətkarlardan mühafizə olunması, əlbəttə, davamlı olacaq. Əgər xalq bir yerdə korrupsioner icra başçısının olduğunu bilirsə, DTX da bundan məlumatlı olacaq”.
Bu icra başçıları da HƏBS OLUNACAQ? - Sensasion AÇIQLAMA

Şərqşünas bildirib ki, bəziləri icra başçılarının kabinetlərində həbs edilmələrini məmurların ayaq altına verilməsi, aşağılanması kimi qəbul edir: “Bu şəxslər özləri də o qədər rüşvətə bulaşıblar ki, prezidentin cəsarətlə həyata keçirdiyi islahatlardan qorxurlar. Ona görə bu cür fikirləri ortaya atırlar. Lakin bu cür haram pulların, dövlətdən, xalqdan, hətta şəhid ailələrindən oğurlanan pulların hesabı axirətə qalmayacaq. Bu hesab bu dünyada, hətta məmur kimi oturduqları kabinetlərdə alınacaq. Bu cür əməliyyatlar ona görə göz önündə keçirilir ki, digərləri də baxıb bundan nəticə çıxarsınlar. Mən Rəbbimdən təmənna edirəm ki, bu prosesin davamı gəlsin. Çünki bu cür olmasa, Azərbaycanın dövlət təməlləri zəifləyə bilər. Bu bəla Qarabağ faciəsi qədər faciəvidir. Prezident İlham Əliyev Nikol Paşinyana dünyanın gözü qarşısında Dağlıq Qarabağ həqiqətlərini diktə etdiyi vaxtda hansısa bir məmur öz rahat kabinetində oturub rüşvət alır. Qarabağ ordumuzun və diplomatiyamızın gücü ilə sabah azad edilə bilər. Lakin bu rüşvət xəstəliyi ilə biz özümüz öz içimizdə mübarizə aparmalıyıq. Mən düşünürəm ki, korrupsiyanın ciddi şəkildə qarşısının alınması Azərbaycan dövlətinə olan inamı və hörməti daha da artıracaq. Ola bilərmi ki, bir məmur şəhidin haqqını haramlıqla balasına yedirtsin, dövlət də buna göz yumsun?”

Qeyd edək ki, daha əvvəl Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov ötən ilin sonlarında korrupsiyada ittiham olunaraq vəzifələrindən kənarlaşdırılmış və həbs olunmuşdu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar