Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Əsgərə salam” futzal turniri başa çatdı -ŞƏKİLLƏR

Tarix: 24-02-2020 16:21     Baxış: 4222 A- / A+
“Əsgərə salam” futzal turniri başa çatdı


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyası çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə ilk dəfə olaraq məcburi köçkün gənclər arasında təşkil etdiyi futzal turniri başa çatıb.

Manevr.az xəbər verir ki, “Azfar Group” şirkətinin Böyükşor bulvarı yaxınlığındakı örtülü stadionunda üç həftə ərzində keçirilən turnirdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdən 9 komanda iştirak edib.

Turnirin yarımfinal mərhələsində “Ərgünəş” (Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi), “Həkəri” (Sumqayıt şəhəri, 12-ci mikrorayon), “Çinar” (Abşeron rayonu, Masazır qəsəbəsi), “Qarant” (Qarant yaşayış kompleksi) komandaları yarışıblar. “Ərgünəş” “Həkəri”yə 3:2, “Çinar” isə “Qarant”a 4:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar.

Final qarşılaşması maraqlı idman mübarizəsi şəraitində keçib, “Ərgünəş" “Çinar”a 4:2 hesabı ilə qalib gələrək, turnirin qalibi olub.

Turnirin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi sağlamlığına dövətimizin böyük qayğı göstərdiyini, bu qayğının məcburi köçkün gəncləri də əhatə etdiyini diqqətə çatdırıb.
“Əsgərə salam” futzal turniri başa çatdı

Qeyd edilib ki, məcburi köçkün gənclər arasında idmanın kütləviliyinin artırılması, onların sağlam həyat tərzinə təşviq edilməsi üçün tədbirlər həyata keçirilir, mövcud yaşayış komplekslərində bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün yeni zallar açılır, idman qurğuları yaradılır.

Dövlət Komitəsinin sədri ilk dəfə keçirilən futzal turnirinin qaliblərini təbrik edib, bu turnirin ənənəvi olaraq hər il keçirilməsinin, respublikanın bölgələrini əhatə etməsinin, həmçinin məcburi köçkünlər arasında digər idman növləri üzrə turnirlərin də təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək, qalib komandanı təbrik edib və uğur arzu ediblər. Bu cür turnirlərin keçirilməsi yüksək qiymətləndirilib.

Sonra qaliblərə və turnirdə fərqlənənlərə mükafatlar təqdim edilib.

Manevr.az

“Əsgərə salam” futzal turniri başa çatdı
“Əsgərə salam” futzal turniri başa çatdı
“Əsgərə salam” futzal turniri başa çatdı

“Əsgərə salam” futzal turniri başa çatdı
“Əsgərə salam” futzal turniri başa çatdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar