Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bunun arxasında AYB-nin gəncliyə qarşı çıxması dayanır" - Emil Rasimoğlu

Tarix: 23-02-2020 19:17     Baxış: 2268 A- / A+
"Bunun arxasında AYB-nin gəncliyə qarşı çıxması dayanır" - Emil Rasimoğlu

Prezident təqaüdçüsü, AYB-nin üzvü Emil Rasimoğlu Birliyin Gənclərlə iş üzrə katibi Rəşad Məcidin qurultayla bağlı bildirdiyi fikirlərə cavab verib.

O, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinə sərt ittihamlar səsləndirib:

"Bir neçə gün bundan öncə Azərbaycan Yazıçılar Birliyinin bu ilin mart ayına nəzərdə tutulan qurultayı ilə bağlı fikirlərimi bildirmişdim.

Həmin fikirlərə cavab olaraq AYB rəsmisi Rəşad Məcid öz münasibətini bildirib. Münasibətdən göründüyü kimi indi də Yazıçılar Birliyinin qurultayı 2020-ci ilin payızına nəzərdə tutulur. 2019-cu ilin payızında keçirilməli olan bir qurultay hansı səbəblərdən yubadıla-yubadıla növbəti ilin payızına gətirilib çıxarılmalıdı? Bunun bir səbəbi olmalıdı ya yox?!

Əgər səbəb qurultaya hazırlıqlardan ibarətdirsə, bu hazırlıqlar niyə vaxtında aparılmır ki, növbəti beşilliyin vaxtından istifadə edilir?! Özü də nə az nə çox düz bir il...
Yaxşı, belə çıxır ki, əgər hələ deyilən vaxtda qurultay keçirilərsə AYB-yə seçiləcək yeni sədrin rəhbərlik müddəti 4 il olacaq. İndi mən o AYB rəsmisindən soruşmaq istəyirəm, bu hansı nizamnamə qaydalarına əsaslanır? Sizə hansı müddəa haqq verir?

Rəşad Məcid bir məqamda da adımı çəkib qurultayda oxunacaq məruzələrdə mənim və digər gənclərin fəaliyyətinin də yer alacağını vurğulayır. Sadəcə Rəşad Məcidə AYB-nin orqanı olan "Ədəbiyyat qəzeti"ndə dərc edilən "İlin yekunları"nı (2019) xatırladıram.

Digər tərəfdən, Rəşad Məcid AYB Gənclər Şurasının yenilənəcəyini vurğulayır. Öncə onu deyim ki, Rəşad Məcid sözügedən Gənclər Şurasının yenilənməsindən yox, (çünki buna hal-hazırda ehtiyac yoxdur) özü də daxil olmaqla AYB rəhbərliyinin yenilənməsindən söz açsa gənclər siyasətinin məqsədlərinə daha uyğun olar.

Bir də ki, Yazıçılar Birliyinin Gənclər Şurasının yeni heyəti heç bir il deyil ki, formalaşıb. Bu gün Rəşad Məcidin həmin Şuranın təzədən yenilənəcəyini dilə gətirməsinin arxasında yenə AYB-nin gəncliyə qarşı çıxmağı dayanır! Çünki aydın məsələdir ki, indiki vaxtda Yazıçılar Birliyinin rəhbərliyi Gənclər Şurasını yalnız o məqsədlə yeniləmək istəyir ki, o Şurada hal-hazırda təmsil olunan Tural Turanı və Fuad Cəfərlini oradan uzaqlaşdırsın. Buradan da məqsəd bəlli olur.

Demək ki , AYB rəhbərliyinin niyyəti qurultaydan öncə qurultayda namizəd olacağını açıqlayan 3 gənci (Tural Turan, Fuad Cəfərli, Emil Rasimoğlu) ümumiyyətlə Yazıçılar Birliyindən uzaqlaşdırmaqdır. Aylar öncə AYB rəhbərliyi tərəfindən bizə edilən təhdidlərin deyəsən reallaşdırılması planlaşdırılır artıq...

Bu addım isə bütün hallarda qəbul edilməzdir! Belə olacağı halda Azərbaycan dövləti var, qanunvericiliyi var!

Gəncləri uzaqlaşdırmağın yollarını yox, gənclərə yol verməyin yollarını düşünmək lazımdır!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar