Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Leyla Əliyeva FAO-nun baş direktorunu Azərbaycana dəvət etdi -ŞƏKİL

Tarix: 21-02-2020 22:37     Baxış: 3167 A- / A+
Leyla Əliyeva FAO-nun baş direktorunu Azərbaycana dəvət etdi

Fevralın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun yeni baş direktoru Qu Donqyu ilə görüşüb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, FAO-nun Romadakı baş ofisində keçirilən görüşdə əvvəlcə Leyla Əliyeva Qu Donqyunu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət əsnasında Azərbaycanda dayanıqlı kənd təsərrüfatının inkişafı perspektivləri, FAO-nun bu istiqamətdə göstərdiyi səylər, eləcə də ekoloji maarifləndirmə, sağlam və məsuliyyətli ərzaq istehlakı və kənd yerlərinin inkişafı üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Leyla Əliyeva FAO-nun Azərbaycanda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq üzrə həyata keçirilən mühüm layihələrini yüksək qiymətləndirdi və ölkəmizdə bu sahələrin inkişafına verilən töhfəyə görə minnətdarlığını bildirib.

Qu Donqyu, öz növbəsində, Azərbaycanın regionun lider dövləti kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rola malik olduğunu qeyd edib.

Həmçinin görüşdə “Sıfır aclıq” qlobal məqsədinin icra vəziyyəti, içməli suyun keyfiyyəti və çatışmazlığı məsələləri müzakirə edildi, dünyada aclığın aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi üzrə mümkün tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Leyla Əliyeva FAO-nun baş direktoru Qu Donqyunu Azərbaycana səfərə dəvət edib.

Leyla Əliyeva FAO-nun baş direktorunu Azərbaycana dəvət etdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar