Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Saç rezini qadını milyonçu etdi -ŞƏKİLLƏR

Tarix: 20-02-2020 06:17     Baxış: 3318 A- / A+
Saç rezini qadını milyonçu etdi

“İnvisibobble” brendinin yaradıcısı bütün dünyada məşhur olan spiral yaylı saç rezinlərinin yaranması və onu milyonçu etməsi barədə sirrini bölüşüb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

İsveçrəli Sofi Trelles-Tvede bu rezinləri 18 yaşında olarkən universitetdə bayram tədbiri zamanı ixtira edib. Qaydalara görə, tədbirə geyimdən başqa heç nə götürmək olmazdı. Bu səbəbdən qız saçlarını yığmaq istəyəndə evdə istifadə olunmayan telefonun naqilindən istifadə edib.

Növbəti gün yuxudan ayılanda qız başının ağrımadığını görüb. Halbuki adi rezinlə saçlarını yığanda həmişə başı ağrıyırdı. O, bu barədə sevgilisinə deyir və cütlük spiral yaylı saç rezinlərinin dizaynına başlayır.

Qeyd edək ki, həmin gənc hazırda Sofinin biznes müttəfiqidir.

“Biz telefon naqilləri hazırlayan kişidən kömək istədik. “İnvisibobble” markasının ilk partiyası çox görkəmsiz alınmışdı və tanışlarım tərəfindən rişxəndlə qarşılanmışdı. Ancaq buna baxmayaraq, ruhdan düşmədik”, - deyə Sofi bildirib.

Bundan sonra rezinlər üç ədəd şəklində şəffaf qutuda qablaşdırıldı. Komplektlər beş funta (11 AZN) satılmağa başladı. Artıq Universiteti bitirdikdə Trelle-Tvedenin kompaniyasının dövriyyəsi beş milyon funt sterlinq (11 milyon 142 min AZN) idi.

Hazırda “İnvisibobble” markası təkcə yaylı rezinlər deyil, saç üçün digər aksesuarlar da istehsal edir və sahibinə ildə 16 milyon funt sterlinqdən (35 milyon 654 min 400 AZN) çox gəlir gətirir.

“Forbes” jurnalı Sofi Trelles-Tvedeni “30 yaşına çatmamış ən varlı avropalılar”ın reytinq siyahısına salıb. oxu.az

Manevr.az

Saç rezini qadını milyonçu etdi
Saç rezini qadını milyonçu etdi
Saç rezini qadını milyonçu etdi
Saç rezini qadını milyonçu etdi
Saç rezini qadını milyonçu etdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar