Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dağlıq Qarabağ separatçıları seçkiyə hazırlaşır: üç komandanın qarşıdurması gözlənilir -ŞƏKİL

Tarix: 20-02-2020 05:37     Baxış: 3353 A- / A+
Dağlıq Qarabağ separatçıları seçkiyə hazırlaşır: üç komandanın qarşıdurması gözlənilir

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim “prezident seçkiləri” keçirəcək.

Ekspertlər hesab edir ki, martın 31-nə planlaşdırılan qondarma seçkilərdə Ermənistanın Baş naziri Nikol Paşinyan öz müttəfiqini, Rusiya özünə bağlı namizədi, “Qarabağ klanı” isə öz adamını hakimiyyətə gətirmək üçün mübarizə aparacaq.

Analitiklərin fikrincə, Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərinə tez-tez səfərində məqsəd öz adamını Qarabağda hakimiyyətə gətirmək və hakimiyyətinə təhlükə yaratmaq potensialı olan “Qarabağ klanını” sıradan çıxarmaqdır.

Politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı deyib ki, separatçı və qondarma rejimin keçirəcəyi seçkilər heç nəyi dəyişməyəcək: “Orada ciddi qarşıdurma, qırğın olacaq. Ermənistanın Baş naziri istəyir ki, Qarabağdakı separatçı rejimin başına özünə loyal şəxs gəlsin. Rusiya da çalışır ki, özünə bağlı şəxs burada nəzarəti ələ keçirsin. Ənənəvi “Qarabağ klanı” isə özünə sadiq siyasətçini “prezident” seçmək istəyir”.

Z. Əlizadə qeyd edib ki, Paşinyanın “Qarabağ klanını” sıradan çıxarmaq planının alınıb-alınmayacağını zaman göstərəcək. Hələlik Qarabağ Rusiya kəşfiyyatının adamı olan Bako Saakyanın nəzarətindədir.

Dağlıq Qarabağ separatçıları seçkiyə hazırlaşır: üç komandanın qarşıdurması gözlənilir
Dağlıq Qarabağ separatçıları seçkiyə hazırlaşır: üç komandanın qarşıdurması gözlənilir

Zərdüşt Əlizadə

Z. Əlizadə hesab edir ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal edilən ərazilərində cəmi 35-40 min erməni yaşayır. Separatçı və işğalçı rejimə kimin rəhbərlik etməsinin isə Azərbaycan üçün ciddi bir fərqi yoxdur. Onun fikrincə, Qarabağ, əslində Rusiyanın resursudur və onun vasitəsilə hər iki ölkəyə təzyiq rıçaqlarını saxlayır: “Ermənistan Rusiyadan icazəsiz hərbi gücə əl atsa məhv olardı. Azərbaycan da torpaqlarını işğaldan azad etmək niyyətinə düşsə Rusiya tərəfinin qadağası ilə qarşılaşacaq. Rusiya arzu edir ki, burada “nə müharibə, nə sülh” atmosferi davam etsin”.

Z. Əlizadənin fikrincə, vəziyyətdən çıxmaq üçün münaqişə tərəfi olan hər iki ölkə addım atmalıdır: “Sözsüz ki, biz bundan sonra uzun illər qonşu kimi yaşamalı olacağıq və heç birimiz Aya köçəsi deyilik.

Fransız və ingilislər 100 illərlə müharibə aparıb, eləcə də fransızlarla almanlar uzun illər bir-birini qırıb. Amma indi dost ölkələrdir”.

Politoloq hesab edir ki, həm Azərbaycanın, həm də Ermənistanın üzərində durduğu əsas prinsipləri uzlaşdırmaq modelləri dünyada var: “Bizim üçün ərazi bütövlüyü məsələsi prinsipialdır, qarşı tərəf isə öz müqəddəratını həlletmə şərtini irəli sürür. Hər iki prinsipi uzlaşdırıb ortaq nöqtə tapmaq mümkündür. Məsələn, Aland adaları modeli. İsveçlilər Aland adalarında yaşayırlar, amma Finlandiya dövlətinin tərkibində. Helsinki də Aland adalarının daxili işlərinə qarışmır. Hamı da bundan razıdır. Normalda bizdə də belə model tətbiq edilsə, bu, Qarabağda yaşayan ermənilərə də yaxşı olar. Köçkünlərimiz də geri qayıdaraq yaşamını davam edər və nəhayət ermənilərin Rusiyadan asılılığına son qoyular. Eyni zamanda Azərbaycan bazarı Ermənistanın üzünə açılar, hərbi xərcləri azalar. Rusiya da gəlib burada heç kimə əmr verməz və s. Ermənilər bunu istməyəcəksə, daha pis vəziyyətdə yaşamağa məhkum olacaqlar”. reyting.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar