Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əlayif Həsənov Vəkillər Kollegiyasını məhkəməyə verib

Tarix: 20-02-2020 05:28     Baxış: 3152 A- / A+
Əlayif Həsənov Vəkillər Kollegiyasını məhkəməyə verib

Bakı İnzibati Məhkəməsində hakim Elnur Əliyevin sədrliyi ilə keçmiş vəkil Əlayif Həsənovun Vəkillər Kollegiyasına qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Keçmiş vəkil qurumu 2017-2019-cu illərdə onun imtahanlarla bağlı ərizələrinə baxılmamasına görə məhkəməyə verib.

Ə. Həsənov bildirib ki, 2017-ci il dekabrın 16-dan başlayaraq hər il keçmiş vəkillər üçün keçirilən imtahanlarda iştirakı üçün Vəkillər Kollegiyasına müraciətlər göndərib.

“Kollegiya yalnız “müraciətlərinizə cavab veriləcək” cavabı ilə kifayətlənib. Bu ilin yanvarında isə kollegiya biləndə ki, mən iddia ilə məhkəməyə müraciət etmişəm, məni şifahi imtahana dəvət edib. Lakin bilmirəm, məni 2017-ci ildə göndərdiyim müraciətə görə çağırıblar, 2018-ci ildə göndərdiyim müraciətə görə, yoxsa 2019-cu ildə? Qanun ildə bir dəfə müraciət hüququ nəzərdə tutur”, – o bildirib.

Daha sonra Ə. Həsənov məhkəmədə Vəkillər Kollegiyasının onu hansı ildə göndərdiyi müraciətlə bağlı çağırması məsələsinə aydınlıq gətirmək məqsədilə quruma sorğu göndərməsi üçün vəsatət qaldırıb.

Prosesdə iştirak edən Vəkillər Kollegiyasının nümayəndəsi bildirib ki, Ə.Həsənov ilk müraciəti 2017-ci ilin dekabrında göndərib və onun baxılmasına 2018-ci ildə başlanılıb: “Ona görə də bunu 2018-ci ilin müraciəti kimi qəbul etmək lazımdır. Kargüzarlıq daxil olmuş müraciəti qeydiyyata alıb. Həmin dövrdə qəbul imtahanlarının sayı məhdud idi. Həsənovun müraciətlərinə cavab verilib və dəfələrlə izah olunub ki, əvvəl vəkil işləyən şəxslər müsahibə komissiyayasına sənədlər verməlidir. Sənədlər demək olar ki, eynidir”.

Ə.Həsənov isə bildirib ki, kollegiya üç müraciəti birləşdirib bir cavab verib, amma qanunla hər müraciətə ayrıca cavab verməlidir.

Məhkəmə yerində müşavirə edərək vəsatətin təmin edilməsi ilə bağlı qərar verib. Məhkəmə bildirib ki, Vəkillər Kollegiyasına 2017-2020-ci illərdə Ə. Həsənovun hansı müraciətlərə cavab verilməsi və 2018-2019-cu illərdə əvvəl vəkil olmuş şəxslər üçün imtahan keçirilib-keçirilməməsi ilə bağlı sorğu göndəriləcək.

Məhkəmə prosesi martın 30-da davam edəcək.

*Əlayif Həsənov vətəndaş fəallarının hüquqlarının müdafiəsi ilə tanınır. O, hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarının müdafiəsində iştirakı zamanı Vəkillər Kollegiyasından kənarlaşdırıllıb. Buna L.Yunusun kamera yoldaşının hədələrinə məruz qalması barədə bəyanatının vəkil tərəfindən açıqlanması səbəb olub. contact.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar