Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları” QSC Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir

Tarix: 19-02-2020 19:21     Baxış: 4186 A- / A+
“Azərbaycan Dəmir Yolları” QSC Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Slovakiya Respublikasında səfərdədir.

Manevr.az-ın məlumatına görə Qurumun sədr müavini İqbal Hüseynov, Avropadakı nümayəndəsi Fərəc Haqverdiyev və “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərovdan ibarət nümayəndə heyəti Mərkəzi Avropanın aparıcı dəmir yolu və logistika şirkəti olan Metransın rəhbərliyi ilə görüş keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Metrans Hamburq limanını idarə edən Almaniyanın HHLA nəqliyyat və logistika şirkətinə məxsusdur. Görüşdə Metransı icraçı direktor Peter Kiss, şirkətin biznesin inkişafı üzrə səlahiyyətli nümayəndələri Martin KoubekStefan Esztergalyos təmsil ediblər.

Metrans konteynerlə yükdaşımalar və logistika xidməti göstərən beynəlxalq intermodal dəmir yolu şirkətidir. 25 ildən çox tarixə malik olan bu şirkət Avropanın ən böyük dəmir yolu və terminal şəbəkəsinə malikdir.

Şirkət Avropa qitəsində əsasən Çexiya, Slovakiya, Macarıstan, Almaniya, Niderland, Avstriya, Belçika, Sloveniya, Polşa və İtaliya ərazisində dəmir yolu ilə yükdaşıma, həmçinin Almaniya, Niderland, İtaliya və Xorvatiya limanlarından konteyner yüklərinin Avropa qitəsinin daxilində nəql olunması xidmətləri göstərir.

Görüşdə Metrans və Azərbaycan Dəmir Yolları arasında əməkdaşlıq məsələləri müzakirə edilib. İqbal Hüseynov ölkəmizdə dəmir yolu ilə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan islahatlar, “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov isə ölkəmizin ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Avropanın aparıcı dəmir yolu və logistika şirkətləri ilə əməkdaşlıq Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar