Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda uşaq poliklinikasından şikayət: “Peyvənd üçün pul istəyirlər”

Tarix: 18-02-2020 21:59     Baxış: 2148 A- / A+
Bakıda uşaq poliklinikasından şikayət: “Peyvənd üçün pul istəyirlər”

Biləcəri qəsəbəsində yerləşən 11 saylı uşaq poliklinikasında tibbi xidmət çox aşağı səviyyədədir.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılan vətəndaş şikayətində bildirilir.

Vətəndaş iddia edir ki, 3 aylıq uşaqlarına peyvənd vurulması üçün 11 saylı uşaq poliklinikasına üz tutanda, qarşılaşdıqları mənzərə onları məyus edib:

"Xəstəxana toz içərisindədir. Mikrob yuvasıdır. Həkimlərin sifətindən zəhrimar tökülür. Poliklinikada körpəmin əmziyi yerə düşdü. Yumaq üçün su verən olmadı. Maddi imkanım uşağımı özəl klinikaya aparmağa imkan verir. Bəs buna imkanı çatmayan valideynlər sizin qəddarlığınıza dözməlidir?

Onu da qeyd edim ki, özəl klinikada uşağıma heç bir diaqnoz qoyulmayıb, hər şeyin qaydasında olduğu deyilib. Lakin 11 saylı uşaq poliklinikasında uşağıma 3 xəstəlik üzrə diaqnoz qoyub, müalicə yazmışdılar. Sonda da peyvənd üçün həkimə hörmət etməyimiz söylənildi. Uşaqlarla işləməyi bacarmırlarsa, bu həkimlər harada imtahan verir? Bu paylaşımı tək özüm üçün deyil, özəl klinikaya gedə bilməyən imkansız ailələr üçün yazıram".

TƏBİB məsələ ilə bağlı münasibət bildirib. Qurumun mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, sözügedən iddialar əsasında araşdırma aparılacaq:

"Məsələ tərəfimizdən araşdırılacaq. Bilirsiniz ki, səhiyyə müəssisələri yanvar ayından etibarən tabeliyimizə verilib. Qeyd olunan bütün problemlər həllini tapacaq. Sadəcə, zamana ehtiyac var.

Bundan əlavə, qeyd edilən məsələ ilə bağlı da müəssisə rəhbərliyinə tapşırıqlar verildi. Sadəcə, yazılan hər hansı bir faktın daha ciddi araşdırılması üçün konkret adlara da ehtiyac var. Müəssisə rəhbəri daxildə də öz araşdırmasını aparmaq istəyir. Ümumi hallarla bağlı isə bir daha qeyd edirəm ki, nəzarət gücləndiriləcək və bu tip problemlərin aradan qaldırılması üçün konkret addımlar atılacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar