Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərişıq"dan villa sahiblərinə sərt XƏBƏRDARLIQ: "Məsuliyyətə cəlb olunacaqlar"

Tarix: 18-02-2020 14:33     Baxış: 3142 A- / A+
"Azərişıq"dan villa sahiblərinə sərt XƏBƏRDARLIQ: "Məsuliyyətə cəlb olunacaqlar"

Uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb.

Manevr.az xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda görülmüş tədbirlərə baxmayaraq, bu sahədə fəaliyyətə mane olan elektrik enerjisinin talan olunması kimi neqativ halların hələ də ciddi narahatlıq yaratdığı bildirilir.

"Bəzi istehlakçıların, xüsusən də villa (fərdi yaşayış evləri), MTK, sənaye və ictimai iaşə obyektləri, otel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir. Bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq. Elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyət məlumatlandırılacaq", - məlumatda qeyd edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar