Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda mərkəzi rayon yaradılacaq

Tarix: 12-02-2020 12:50     Baxış: 3119 A- / A+
Bakıda mərkəzi rayon yaradılacaq

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yaxın zamanlarda Bakıda mərkəzi rayonun yaradılması gözlənilir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Bakı Konqres Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.

E.Əzizovun sözlərinə görə, nəzərdə tutulan mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək:

"Sözügedən binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq kifayət qədər çətindir. Bu məsələ ilə bağlı yaxın zamanlarda qərar veriləcək".

İcra başçısı onu da əlavə edib ki, hazırda paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır:

"Paytaxtda yalnız yeni binaların deyil, eləcə də 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən bir sıra tarixi binaların da bərpası istiqamətində işlər görülür. Aparılan bütün işlər göz qabağındadır. Bu cür problemlər yaxın zamanda mərkəzi rayonun yaradılması ilə aradan qaldırılacaq".oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar