Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədə gündəlik qaza olan təlabat 41 milyon kubmetrə çatdı

Tarix: 11-02-2020 12:28     Baxış: 4233 A- / A+
Ölkədə gündəlik qaza olan təlabat 41 milyon kubmetrə çatdı


Fevralın 10-dan etibarən ilk dəfə olaraq qaza tələbat gözlənildiyindən xeyli artıb. Belə ki, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 milyon kubmetrə çatıb. Ötən ilin təcrübəsinə görə sutkalıq tələbat 35 milyon kubmetri keçmirdi. Tələbatın bu həddə çatmasının reallıqlarının əsasında abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsi dayanır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin anoloji dövrü ilə müqayisədə (10 fevral 2019) qaza olan tələbatın artımında sutkalıq 9 milyon kubmetrdən çox fərq var. Ötən il bu gün üçün tələbat 32 milyon kubmetrə yaxın olub. Bakı şəhəri üzrə hazırda qaza olan tələbat 22 milyon kubmetrdən çox (2019-cu ildə 17 milyon kubmetr), regionlar üzrə isə qaza olan tələbat 17 milyon kubmetrdən çox (2019-cu ildə 13 milyon kubmetr) təşkil edir.

Bildirmək istərdik ki, hazırda ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq Birlik tərəfindən Qaz Paylayıcı Stansiyalarda (QPS) yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır. Texnoloji rejimin artırılmasına tələbatın olduğu halda, qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalmamış, texnoloji rejimlərin vaxtında verilməsi və qaz şəbəkələrində optimal vəziyyətin saxlanılması təmin olunur. Abonentlərdən xahiş edilir ki, qazın təzyiqinin azalmasını müşahidə edərlərsə, yaşadıqları ərazi barədə 104/185 Çağrı mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 Whatsapp nömrəsinə mesaj yollaya bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar