Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nuru Paşanın qərargahının yerləşdiyi ev özəlləşdirilib? -AÇIQLAMA

Tarix: 08-02-2020 21:35     Baxış: 4197 A- / A+
Nuru Paşanın qərargahının yerləşdiyi ev özəlləşdirilib? -AÇIQLAMA

Əmlak Məsələləri Dövlət Komitəsi Nuru Paşanın Göyçayda hərbi qərargah kımi istifadə etdiyi evi özəlləşdirməyib.

Manevr.az xəbər verir ki, bu barədə report-a Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib.

Onun sözlərinə görə, bəzi iddialar səslənir ki, Göyçayda yerləşən bu ev özəlləşdirilib və daha sonra həmin ərazidə söküntü işləri aparılıb:

"Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirdiyi ərazi həmin yerə yaxındır və qeyri-yaşayış obyektidir, əvvəllər mətbəə olub. Həmin obyekt 2015-ci ildən özəlləşdirilib və hazırda kommersiya fəaliyyəti ilə məşqul olan müəssisədir, və o, sökülməyib. Bu ərazinin Nuru Paşanın qərargahının yerləşdiyi evə heç bir aidiyyatı yoxdur”.

Q.Xəlilov qeyd edib ki, "söküntü işləri aparılan ərazidə isə əvvəllər yaşayış yeri olub və bir tikinti şirkəti həmin yaşayış sahəsini alıb".

Xatırladaq ki, bəzi KİV-lərdə Nuru Paşanın Göyçayda hərbi qərargah kımi istifadə etdiyi ev özəlləşdirilərək şirkətə satıldığı və şirkətin isə orda söküntü işlərinin aparıldığı qeyd edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar