Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tovuz sakini düzəltdiyi təsbehlə “Ginnesin rekordlar kitabı”na düşmək istəyir -VİDEO

Tarix: 08-02-2020 17:01     Baxış: 3271 A- / A+
Tovuz sakini düzəltdiyi təsbehlə “Ginnesin rekordlar kitabı”na düşmək istəyir -VİDEO

Tovuz sakini uzunluğu 10 metrdən bir qədər çox olan təsbeh düzəldib.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, 63 yaşlı Tovuz şəhər sakini Qəzənfər Nəcəfov kiçik təsbehlərin muncuqlarını toplayaraq simmetrik formanı qorumaq şərti ilə uzun təsbeh hazırlayıb.

İllərdir, üzərində çalışdığı əl işinin 4 kiloqram çəkisi var. Uzun təsbehə 2 min ədəd muncuq sərf olunub. Təxminən 500 manatdan artıq çəkilən xərc nəticəsində maraqlı sənət əsəri ərsəyə gəlib.

Müxtəlif materiallardan olan muncuqları bir-bir, səbirlə ipək sapa düzüb. Əl işində qiymətli daşlardan sayılan kəhrəba, farfor, ebonit və digərlərindən istifadə olunub. Tovuz sakini bu cür işlərin həvəskarı olduğunu, lakin hazırladığı bu təsbehi satış üçün nəzərdə tutmadığını deyir.

"Həmişə təsbehlərlə maraqlanmışam. Gənc yaşlarımdan həvəsim olub. Əsas məqsədim bu təsbehi 20 metr uzunluğa çatdırmaqdır”, - deyə usta bildirib. Qəzənfər Nəcəfovun əsas arzusu bu işi ilə adını "Ginnesin rekordlar kitabı”na yazdırmaqdır.

Əl işinin ərsəyə gəlməsində ona ailə üzvləri, əsasən də həyat yoldaşı Səkinə Nəcəfova da yaxından kömək edir.

Ustanın düzəltdiyi bu uzun təsbeh evinə gələn qonaqların da diqqətini çəkir. Hətta gözündə yaranan problem belə 63 yaşlı ustanı diqqət, dəqiqlik tələb edən işindən ayıra bilməyib. Qəzənfər kişi əl işinin "Ginnesin rekordlar kitabı”na düşdükdən sonra rayonda muzeylərin birinə təqdim edəcəyini deyir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar