Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədəki Azərbaycan türklərinin II qurultayı keçiriləcək -ŞƏKİLLƏR

Tarix: 06-02-2020 16:51     Baxış: 3203 A- / A+
Türkiyədəki Azərbaycan türklərinin II qurultayı keçiriləcək


Bu gün "Azərkitab-Kitab Mərkəzi"ndə Türkiyədə yaşayan Azərbaycan türklərinin II qurultayına həsr olunmuş mətbuat konfransı keçirilib.

Manevr.az-ın məlumatına görə, tədbir Çağdaş Azərbaycan Kültür Dərnəyi (ÇAKD) tərəfindən təşkil edilib.

ÇAKD sədr müavini Murtaza Karaçanta çıxış edərək dərnəyin yaranması və məqsədi haqqında məlumat verib. Onun sözlərinə görə, dərnək Türkiyədə yaşayan Azərbaycan türklərinin mədəniyyətinin yaşadılması, onların Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır: "Çağdaş Azərbaycan Kültür Dərnəyi 2019-cu ildə Türkiyənin İzmir şəhərində yaranıb. Baxmayaraq ki, bizim dərnəyin yaşı çox azdır, amma bu qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirmişik. Bunların arasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 20 Yanvarla bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm".

M.Karaçanta 2020-ci il 21 oktyabr - 1 noyabr tarixlərində İzmirdə Türkiyədə yaşayan Azərbaycan türklərinin ikinci qurultayının keçiriləcəyini də diqqətə çatdırıb: "Bununla bağlı artıq Diasporla İş üzrə Dövlət Komitəsi ilə görüş keçirilib. Komitədən bizə dəstək veriləcəyi bildirilib".

ÇAKD sədri Camal Məhmətxanoğlu isə Bakı ilə İzmirin 1985-ci ildə qardaşlaşmış şəhərlər elan edildiklərini vurğulayıb: "Bu il bu qardaşlığın 35 ili tamam olur. Bununla əlaqədar 28 may - 5 iyun tarixlərində İzmirdə "Azərbaycan mədəniyyət günləri" keçiriləcək. Biz daha sonra İzmirlə Təbrizib də qardaşlaşmış şəhərlər elan edilməsinə çalışacağıq".
C.Məhmətxanoğlu Türkiyədə yaşayan Azərbaycan türklərinin I qurultayının 9 il əvvəl keçirildiyini xatırladıb: "Həmin qurultaya 400-dən çox qonaq qatılmışdı. İkinci qurultayın keçirilməsində məqsədimiz Türkiyədə yaşayan iş, elm və mədəniyyət adamlarını birləşdirən təşkilatlar yaratmaqdır".

Sonra Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, tarixçi Qafar Çaxmaqlı və digər qonaqlar çıxış ediblər.apa

Manevr.az

Türkiyədəki Azərbaycan türklərinin II qurultayı keçiriləcək
Türkiyədəki Azərbaycan türklərinin II qurultayı keçiriləcək
Türkiyədəki Azərbaycan türklərinin II qurultayı keçiriləcək
Türkiyədəki Azərbaycan türklərinin II qurultayı keçiriləcək

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar