Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

2020-ci ildə 51 şəhər və rayonda qazlaşma işləri aparılacaq -ŞƏKİLLƏR

Tarix: 05-02-2020 19:35     Baxış: 5217 A- / A+
2020-ci ildə 51 şəhər və rayonda qazlaşma işləri aparılacaq


2020-ci ildə Azərbaycanda qazlaşma işlərinin həyata keçirilməsi üçün Dövlət Neft Şirkətinə dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bu vəsait hesabına bu günə qədər qaz almayan bir çox yaşayış məntəqələri (kənd və yeni yaşayış massivləri) qazlaşdırılacaq. Hazırda həmin məntəqələr üzrə son dəqiqləşdirilmələr aparılır. İlkin olaraq qeyd edək ki, 2020-ci ildə 51 şəhər və rayon üzrə 80-dən çox kənd və 40-dan çox yaşayış massivi qazlaşma proqramında əksini tapacaq. Eyni zamanda Saatlı rayonunda yerləşən 101 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcik də proqrama daxildir. Bununla da belə şəhərciklərin qazlaşdırılması başa çatacaq. Bakı şəhəri ətrafında genişlənmiş ərazilərə gəldikdə isə, 34 yeni yaşayış massivi qazlaşdırılacaq. Bura ötən il icrasına başlanılan qazlaşmanın birinci mərhələsinə aid olunan 16 massiv də daxildir. Hazırda onlardan 5-də son tamamlanma işləri aparılır. Ümumilikdə, Bakı şəhəri üzrə yeni yaşayış massivlərinin 2020-ci ildə 100 % qazlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu il “Azəriqaz” İstehsalat Birliyi üçün uğurlu il olub. Belə ki, ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96 %-ə çatdırılıb. Regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb. Bakı şəhərində 22 yeni yaşayış massivinin qazlaşdırılmasına dair birinci mərhələyə başlanılıb və hazırda da davam etdirilir. Əhali üzrə abonent sayı ötən il daha 100 min artaraq 2 milyon 300 minə bərabər olub.

Manevr.az
2020-ci ildə 51 şəhər və rayonda qazlaşma işləri aparılacaq

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar