Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq

Tarix: 05-02-2020 10:43     Baxış: 4254 A- / A+
Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı açıqlama yayıb.

Manevr.az xəbərinə görə, Departamentin direktoru Umayra Tağıyeva bildirib ki, qış bitmək üzrədir, amma Bakıda hətta gecələr də mənfi temperatur qeydə alınmayıb: “İqlim dəyişikliyi nəticəsində bütün dünya üzrə anomal hadisələrin sayı artıb. Bu tendensiya son bir neçə ildir müşahidə olunur, ancaq bu qış xüsusilə Azərbaycanda və Avropanın bir çox ölkələrində açıq şəkildə özünü büruzə verir. Məsələn, Aralıq dənizi ölkələrində 24-27 dərəcə isti, həqiqətən bahar havası var. Bakıda havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarıdır və yaxın 2 gün ərzində paytaxtda 14-17 dərəcə isti gözlənilir, küləkli cənub-qərb küləyi fonunda, çöl zonasında temperatur 20 dərəcəyə yaxınlaşacaq”.

U. Tağıyeva deyib ki, bununla belə, uzun müddət davam edən qeyri-adi isti hava şəraitindən sonra, soyuq arktik hava kütlələri ölkə ərazisinə keçəcək. Fevralın 7-si axşamdan başlayaraq Bakıda şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi, fevralın 8-i səhərədək küləyin sürətinin 30-35 m/s-dək artacağı gözlənilir. Fevralın 9-da havanın temperaturunun aşağı düşməsi fonunda yağış, bəzi yerlərdə sulu qar və qar yağacaq. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar