Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş Prokurorluqdan TƏKZİB: Sosial şəbəkədə yayılan məlumatlar yalandır

Tarix: 04-02-2020 17:51     Baxış: 2170 A- / A+
Baş Prokurorluqdan TƏKZİB: Sosial şəbəkədə yayılan məlumatlar yalandır

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elçin Cəfərovun guya prokurorluğun razılığı əsasında məhkəmədə azadlığa buraxılmasına dair əsassız məlumatlar yayılıb.

Manevr.az xəbər verir ki, Baş Prokurorluqdan lent.az-a verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Məlumatda qeyd edilir ki, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Elçin Cəfərovun özgənin əmlakını ələ keçirmək məqsədilə A.Allahverdiyevadan 25 min manat borcunun silinməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqdan gizləndiyi üçün barəsində 2020-ci il yanvarın 18-də axtarış elan olunub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərovu polis əməkdaşları saxlayaraq istintaqa təqdim edib və yanvarın 25-də ona Cinayət Məcəlləsinin adıçəkilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçinin vəsatəti əsasında E.Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Yasamal rayon prokurorluğu qeyd edilən qərarla razılaşmayaraq apelyasiya protesti verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar